Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir.
“Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib. Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib. Bu ölkənin baş naziri Toni Ebbott Rusiyanı Ukraynadakı separatçıları “Buk” zenit-raket kompleksi ilə təchiz etməkdə suçlayıb: “Biz situasiyanı gərginləşdirmək istəmirik, lakin təyyarənin Rusiyanın göndərdiyi “yer-hava” tipli raketlərlə vurulduğu təsdiqlənərsə, məsuliyyətin böyük hissəsi Rusiyanın üzərində qalacaq”.
Səbəbləri
Ukrayna tərəfi sərnişin təyyarəsinin ölkənin şərqində fəaliyyət göstərən silahlı terrorçular tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu bildirir. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hadisədən sonra terrorçular arasındakı telefon danışıqlarının audioyazısını açıqlayıb. Audioyazıda “Bes” ləqəbli terrorçu İqor Bezler təyyarənin vurulması haqda öz kuratoru, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Vasili Nikolayeviç Geraninə məlumat verir: “Elə indicə təyyarə vurduq. “Miner”in qrupu vurub. Yenakiyevo tərəfə düşüb”. İddiaya görə təyyarənin qalıqlarına baxışdan sonra terrorçular sərnişin təyyarəsi vurduqlarını başa düşüblər. Bunu “Mayor” və “Qrek” təxəllüslü terrorçuların telefon danışığından bilmək olur. “Qrek”in təyyarədə silah olub-olmadığı haqda sualına “Mayor” belə cavab verir: “Heç nə yoxdur. Mülki əşyalar, tibbi ləvazimatlar, dəsmallar, tualet kağızları...”
Bir qədər sonra terrorçulardan biri Don kazaklarının atamanı Nikolay Kozitsinlə danışır. Kozitsin deyir: “Sneijnoye-Torez rayonunda vurulan təyyarə barədə... Bu, sərnişin təyyarəsi imiş. Qrabovo tərəfə düşüb, orada çoxlu meyitlər, qadın və uşaq meyitləri var. Kazaklar indi oraya baxış keçirir”. Terrorçunun “Malayziya təyyarəsi Ukraynada nə edirdi” sualına Kozitsin belə cavab verir: “Deməli, casusları daşıyırmış”.
Ukrayna Təhlükəsizlik Xidməti Departamentinin rəhbəri Vitali Nayda bildirib ki, “Boeing 777” təyyarəsinin Rusiyadan Ukraynaya göndərilmiş "BUK-M" zenit-raket kompleksi vasitəsi ilə vurulması barədə təkzibedilməz sübutlara malikdir. Vitali Nayda Torez şəhərinin küçələrindən birində "BUK-M" quraşdırmasının fotosunun jurnalistlərə nümayiş etdirib. Həmçinin Donetsk ərazisisində silahın quraşdırmasının əks etdirən fotosu da təqdim olunub. Bundan başqa, ərazidə raketin buraxılması dəqiqəsində çəkilmiş foto göstərilib. Snejni qəsəbəsinə tərəf atılan raketin inversiya izi Malayziya təyyarəsinə tərəf atıldığını aydın göstərir. Vitali Nayda vurğulayıb ki, raketin işə salma yeri xidmət tərəfindən müəyyən edilib.[1] Vitali Nayda həmçinin vurğulayıb ki, Rusiya tərəfi terrorçulara “BUK-M” zenit-raket komplekslərinin hamısının Ukrayna ərazisindən təcili çıxarılmasına dair göstəriş verib. Belə ki, iyulun 18-də gecə saat 02.00 radələrində Luqansk vilayətində Rusiya sərhədini birinin üzərində “BUK-M” raket qurğusunun olduğu iki yedəkli yük maşını keçib. Həmin gün gecə saat 04.00 radələrində dövlət sərhədini daha 3 yedəkli yük maşını keçib – onlardan biri boş, digərində üzərində 4 raketin olduğu qurğu, üçüncüdə isə idarə modulu olan döyüş maşını olub.
“Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib. Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib.
Malayziyanın baş naziri Nəcib Tun Razakın nənəsi Puan Şri Siti Amira “Boeing-777” təyyarəsinin sərnişinləri arasında olub. 83 yaşlı Siti Amira Amsterdama ilk nikahdan olan qızının yanına gedibmiş.[2] Ondan başqa sərnişinlər arasında Hollandiya parlamentinin birinci palatasının (Senat) üzvü Villem Vitteveen də olub.[3] Sərnişin təyyarəsində dünyasını dəyişənlər arasında Avstraliyanın Melburn şəhərində keçiriləcək 20-ci beynəlxalq QİÇS/HİV-lə mübazirə konfransının iştirakçıları da yer almışdılar. Bu reyslə uçanlar arasında Beynəlxalq QİÇS-lə Mübarizə Cəmiyyətinin sabiq sədri Coep Lanqe ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Qlenn Tomas da vardı.[4]