Maksim Boqdanoviç

Maksim Boqdanoviç
belar. Максім Адамавіч Багдановіч
Təxəllüsü Maksim Knijnik (belar. Максім Кніжнік)[1]
Doğum tarixi
Doğum yeri Minsk, Minsk vilayəti, Rusiya imperiyası
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Yalta, Tavrida vilayəti, Rusiya imperiyası
Vəfat səbəbi Vərəm
Vətəndaşlığı Rusiya Rusiya imperiyası
Milliyyəti Belarus
Atası Adam Boqdanoviç
Anası Mariya Boqdanoviç
Təhsili
  • Demidov Hüquq Liseyi[d]
İxtisası Şair, publisist, tərcüməçi, ədəbi tənqidçi
Fəaliyyəti dilçi, tərcüməçi, şair, ədəbiyyat tənqidçisi, tarixçi, yazıçı, publisist
Fəaliyyət illəri 19071917
Əsərlərinin dili Belarus dili, rus dili
İstiqamət İmpressionizm, simvolizm
Janrlar Şeir, poema
İlk əsəri Muzıka (rus. Mузыка, azərb. Musiqi‎)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır.[2]

Bioqrafiya

Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir.[3] 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır.[4] 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir.[5] 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.[4] 1907-ci ildə Boqdanoviçin ilk romanı olan Muzıka-nı (rus. Mузыка, azərb. Musiqi‎) ehtiva edən Naşa Niva nəşr olunmuşdur. 1908-ci ilin iyun ayında şairin ailəsi Yaroslavl şəhərinə köçdü. 1911-ci ildə məktəbi bitirdikdən sonra Boqdanoviç Belorusiyanın İntibah dövrünün əhəmiyyətli şəxsləri ilə görüşmək üçün Belarusa getdi.[6] Bu şəxslər arasında Vaslau Lastouski, İvan LukiyeviçAnton Luçiyeviç var idi. Həmən il Boqdanoviç Yaroslavl şəhərində yerləşən bir liseydə hüquq öyrənməyə başladı. Araşdırmalar zamanı Boqdanoviç bir qəzetdə çalışmış, ədəbiyyatın çoxsaylı əsərlərini yazmışdır. Bu əsərlər həm Belorusiyada, həm də Rusiyada aktiv olaraq nəşr olunmuşdur. 1914-cü ilin əvvəllərində Vilnada yeganə şeirlər kitabı olan Vianok (azərb. Çələng‎) nəşr olunmuşdur.[7] 1916-cı ilin yazında, Maksim Boqdanoviç Minsk şəhərinə köçmüş və orada yerli quberniya idarəsində işləmişdir. 1917-ci ilin fevral ayında Boqdanoviç vərəm xəstəliyinə bir müalicə üçün Krıma getdi. Müalicə uğursuz olmuşdu. Bunun nəticəsində, Maksim Adamoviç Boqdanoviç 25 may 1917 tarixində, 25 yaşında, Yalta şəhərində vəfat etmişdir.[8]

İstinadlar

  1. Belaya S. Яраслаўль у лёсе Максіма Багдановіча: дакументальнае эсэ. Bellitfond. 2006.
  2. Максім Багдановіч Arxivləşdirilib 2018-11-14 at the Wayback Machine. Belarus Arxivi
  3. Boqdanoviç А. Е. Материалы к биографии Максима Адамовича Богдановича Arxivləşdirilib 2011-05-01 at the Wayback Machine // Шлях паэта. Успаміны і біяграфічныя матэрыялы пра Максіма Багдановіча. — Мн.: Маст. літ., 1975.
  4. 1 2 Astafeyev A. V., Aftafayev N. A. Писатели Ярославского края. Yaraslavl: Верхне-Волжское книжное издательство. 1974. səh. 248.
  5. Выдатны дзеяч беларускай культуры Браніслаў Эпімах-Шыпіла Arxivləşdirilib 2010-05-04 at the Wayback Machine. Belarus Arxivi
  6. Boqdanoviç M. A. Інтымны дзённік: выбр. тв. 2006.
  7. Danuta Biçeli. http://media.catholic.by/nv/n25/art8.htm (#bare_url_missing_title). 3(25)/2003.
  8. Byarozkin R. Чалавек напрадвесні: Расказ пра Максіма Багдановіча: Для ст. шк. узросту. 1986. səh. 19.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!