Madinat-İsa (ərəb. مدينة عيسى) — Manamadan cənub-qərbdə yerləşən, Bəhreyn krallığının Mərkəzi müzəfazasında yerləşən şəhərdir. Şəhərin əsası 1963-cü ildə qoyulmuşdur. 2010-cu il məlumatlarına əsasən şəhərin əhalisi 40000 nəfərdən azdır.
Etimologiya
Şəhər İsa ibn Salman Al-xəlifənin adı ilə adlandırılmışdır. Xəlifə 1961-ci ildən 1999-cu ilə qədər Bəhreynin kralı olmuşdur.
Tarixi
Madinat-İsa dövlət maliyyələşdirilməsi nəticəsində yaranmışdır və əsas plana əsasən tikilmişdir. Gələcəkdəki layihələrin daha çox ambisiyası üçün bu layihə nümunə oldu. Buna Həməd şəhərinin və Faşt-əl-Adxam şəhərlərinin layihəsini misal göstərmək olar. Şəhərin əsası 16 dekabr 1963-cü ildə qoyulmuşdur. Birinci sakinlər 1968-ci ildə öz evlərində məskunlaşmışdılar.
Şəhərdə əsasən orta sinfin nümayəndələri yaşayırlar. Şəhərdə həyət evləri üstünlük təşkil edir. 2002-ci il seçkilərindən sonra şəhər mandat göndərən şəhərlərdən oldu. İslamçılar və ya sağ partiyalar bütün mandatları almadı. Bir yer Abdnabi Salmana verildi. Salman keçmiş Kommunist Demokratik blokunun nümayəndəsi idi. 2006-cı il seçkilərində mübahisəli şəraitdə Vaad partiyasından Harvardının sabiq-professoru doktor Munir Faxro seçildi. Əl-Menbarın həkimi Salah Əli süni islam partiyasının nümayəndəsinə güzəşt etdi.
1988-ci ilə qədər şəhər Əl-Mintaka-Əl-Vusta bələdiyyəsinin tərkibində olmuşdur. Bu bələdiyyə Bəhreynin 12 bələdiyyəsindən biri idi. Hal-hazırda Mərkəzi müxafazanın tərkibinə daxildir.
Görməli yerləri
Madinat-İsada bizə məlum olan məşhur şərq bazarı yerləşir.[1] Həmçinin burada bir çox Bəhreyn özəl məktəbi yerləşmişdir. Hind məktəbi də daxil olmaqla, Yeni Hind məktəbini,[2] Pakistan məktəbini və Pakistan urdu məktəbini, Ən müqəddəs Ürək məktəbini, İbn-Xuldun adına milli məktəbi, Bəhreyn Bayan məktəbini[3], Beynəlxalq Nasima məktəbini[4] və Müqəddəs Xristoforun məktəbini görə bilərsiniz. Bütün məktəblər kiçik rayonda cəmlənmişdir. Buraya Bəhreyn Universitetinin kiçik universitet şəhərciyi də daxildir.[5] Madinat-İsada milli avtoməktəbin mərkəzi ofisləri və yol hərəkəti müdiriyyətləri yerləşmişdir. Burada İnformasiya Nazirliyinin binası yerləşmişdir. Bəhreyn radiosunun və televiziyasının stansiyası buradadır. Şəhərin başqa görməli yerləri bazardan başqa, Bəhreyn Milli stadionu və Bəhreynin köhnə universitetinin yerində tikilən Bəhreyn Politexnik Universitetidir.
Madinat-İsada məşhur musiqiçilərin evləri yerləşmişdir: Səudiyyə müğənnisi Əl-Məcid Rəşidin, Bəhreyn gitaraçası Xalid Əl-Tavadinin və Brothers Band qrupunun təbilçisi Avielya Həsənin (ərəb. فرقة الأخوة) evi buradadır.
Şəhər bazarında yanğın
15 iyul 2012-ci ildə Madinat-İsa bazarında yanğın baş vermişdir. Nəticədə 450-dən çox mağaza zərər çəkmiş, ümumi ziyan yüzlərlə-minlərlə dinar təşkil etmişdir.[6] Yanğının söndürülməsi 5 saatdan çox davam etmişdir. Yanğının söndürülməsinə 30 yanğın söndürən maşın cəlb edilmişdir. Qurbanlar haqqında xəbərlər yox idi. Hərçənd iki yanğınsöndürən dəm qazı ilə zəhərlənməyə görə xəstəxanaya yerləşdirilmişdir. Sonrakı məlumatlara görə bazarın üçdə ikisi yanmışdır.[7]
Bəhreynin Baş Naziri Xalifə bin Salman Əl-Xəlifə hadisənin araşdırılması üçün xüsusi istintaq qrupunu yaratmağı əmr vermişdir.[8]
İstinadlar