M109 — ABŞ istehsalı olan 155 mm-lik özüyeriyən haubitsadır. İlk dəfə 1960-cı illərdə istifadəyə verilmiş və bir neçə dəfə təkmilləşdirilmişdir. M109 ailəsi Qərb yarımkürəsi ölkələrinin zirehli və mexanikləşdirilmiş piyada diviziyalarının manevr briqadalarının ən çox yayılmış dolayı atəş dəstəyi silahıdır.
M109-un altı ekipaj üzvü mövcuddur: bölmə komandiri, sürücü, topçu, topçu köməkçisi və iki sursat yükləyicisi. Topçu topu sola və ya sağa hərəkət etdirir, topçu köməkçisi isə topu yuxarı və aşağıya doğru hərəkət etdirərək hədəfləri nişan alır. M109A6 Paladinin isə yalnız dörd ekipaj üzvü olur: komandir, sürücü, topçu və sursat yükləyicisi.
Dayandırılması: fərdi burulma bar və hidravlik amartizatorlar
Silahlanma
Əsas silahın kalibri: 155 mm
Lülənin qalxma bucağı: −3º… +75º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin çıxış sürəti: 827 metr/saniyə
Atış tezliyi: 1–4 atış/dəqiqədə
Atəş məsafəsi: 24 km
Maksimal atəş məsafəsi: 30 km
Mərmi sayı: 39 ədəd
Köməkçi silahın kalibri: 12.7 mm
Mərmi: 12,7×99 mm
Atış tezliyi: 485–635 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.8 km
Maksimal atəş məsafəsi: 6.7 km
Mərmi sayı: 500 ədəd
İstifadə edən ölkələr
M109A6 "Paladin" özüyeriyən artilleriya qurğusu yalnız ABŞ ordusu tərəfindən istifadə olunur. Digər ölkələr isə — M109 özüyeriyən artilleriya qurğusunun M109A1, M109A2, M109A3, M109A4, M109A5 modellərindən istifadə edir.
Mərakeş − 2011-ci ildə 3 ədəd M109A2 var idi,[5] 2024-cü ildə isə təqribən 130 ədəd M109A1/A1B/A2/A3/A4 istifadə edilir.[10]
Pakistan − 2024-cü ildə isə 200 ədəd A2 və 123 ədəd M109L istifadə edilir.[18]
Peru − 2024-cü ildə 12 ədəd M109A2 istifadə edilir.[19]
Səudiyyə Ərəbistanı − 2011-ci ildə 24 ədəd,[5] 2024-cü ildə isə 110 ədəd M109A1B/A2 istifadə edilir.[11]
İspaniya − 2024-cü ildə 6 ədəd M109A2 İspaniya Dəniz Piyadaları tərəfindən istifadə edilir.[20]
Çin Respublikası − 2011-ci ildə 197 ədəd M109A2,[5] 2024-cü ildə isə 225 ədəd M109A2/A5 istifadə edilir.[21]
Ukrayna − 23 ədəd M109A3GN və 60 ədəd M109L 2022 və 2023-cü illərdə təhvil verilmişdir.[4] 2024-cü ildə isə 90 ədəd M109A3GN/A4/A5Öe/A6/L istifadə edilir.[22]
BƏƏ − 2024-cü ildə 85 ədəd M109A3 istifadə edilir.[23]
M109A4
İndoneziya − 2024-cü ildə 18 ədəd M109A4 istifadə edilir.[24]
Mərakeş − 2024-cü ildə təqribən 130 ədəd M109A1/A1B/A2/A3/A4 istifadə edilir.[10]
Ukrayna − 28 ədəd M109A4BE 2022-ci ildə təhvil verilmişdir.[4] 2024-cü ildə ümumilikdə 90 ədəd M109A3GN/A4/A5Öe/A6/L istifadə edilir.[22]
M109A5
Avstriya − 2024-cü ildə ümumilikdə 48 ədəd M109A5Öe istifadə edilir.[25]
Bəhreyn − 2024-cü ildə ümumilikdə 20 ədəd M109A5 istifadə edilir.[15]
Braziliya − 2024-cü ildə 40 ədəd M109A5 və 32 ədəd M109A5+ istifadə edilir.[14]
Liviya − 2016-cı ildə İŞİD-ə qarşı bir dənəsi istifadə edilmişdir.[35]
İsveçrə: 1971-ci ildə 146 ədəd M109 (Pz Hb 66) satın alınmışdır.[36] Bütün texnikalar 1977-1979-cu illər ərzində M109A1B (Pz Hb 66/74) səviyyəsində modernizasiya edilmişdir.[37]
M109A1/A1B
İsveçrə: M109A1B alınmış və 3 partiyada nümayiş etdirilmişdir: 1974-1978-ci illərdə 120 ədəd Pz Hb 74, 1981-1983-cü illərdə 207 ədəd Pz Hb 79 və 1991-ci ildən 1992-ci ilə qədər 108 ədəd Pz Hb 88 təqdim edilmişdir. Bundan əlavə 1977-1979-cu illər arasında 146 ədəd M119B M109A1B standartlarına qaldırılmışdır[37]. Alınmış nəqliyyat vasitələrindən ümumi sayı 581 ədəddir.
M109A2/A3/A3B
Belçika − 167 ədəd A2, bunlardan 64 ədədi A4BE standartına yüksəldilmiş, 31-i Braziliyaya (1999–2001-ci illər), 43-ü Mərakeşə (2008-ci il) satılmış, qalanı isə 2015-ci ildə özəl şirkətlərə satılmışdır[38]
Danimarka − 2–6 (M109 A3DK səviyyəsində təkmilləşdirilmişdir, əvvəllər 76 idi)[39]
Almaniya[40] − 570 ədəd A3GE A1/A2, 1 iyul 2007-ci il tarixinə qədər istifadədən çıxarılmışdır və PzH 2000 ilə əvəz olunmuşdur[41]
İsrail − 30 ədəd M109A2 2024-cü ilə kimi anbarlardadır[26]
İtaliya − 221 ədəd M109L (M109 modernizasiyasının A3 ekvivalenti, İtaliya istehsalı olan 155 mm/39 kalibrli toplar)[42], PzH 2000 ilə əvəz edilmişdir[41]
Niderland − 1998-ci ilə qədər 126 ədədi PzH 2000 ilə əvəz olunmuş, həmçinin 5-i Avstriyaya (1997), 87-si Birləşmiş Ərəb Əmirliklərinə (1997), 121-i İordaniyaya (2011-2012) satılmışdır.
Norveç − 2022-ci ildə Ukraynaya 22 ədəd verildikdən sonra anbarda 33 ədəd qalmışdır[43] 2021-ci ildə anbarda 55 ədəd idi[44]. K9 Thunder ilə əvəz olunmuşdurlar.[45]
Cənubi Koreya − 1180 ədəd K55 (Koreya versiyasının adı) 1985-1996-cı illər arasında Samsung Aerospace Industries tərəfindən istehsal edilmişdir.[46] Bütün texnikalar K55A1 səviyyəsində təkmilləşdirilmiş və 2011-ci ildən 2022-ci ilə qədər təhvil verilmişdir[47].
Böyük Britaniya − 140+ 1965-ci ildə xidmətə qəbul edilmiş, -A1 və -A2 standartlarına yüksəldilmiş, 83 ədədi 1994-cü ildə Avstriyaya satılmışdır. (51 ədəd A2, 32 ədəd A3)
M109A4
Belçika − 64 ədəd A4BE-dən 36 ədədi A4BE İndoneziyaya (2017–2018), digərləri isə 2015-ci ildə özəl şirkətlərə satılmışdır. Bu qalmış 28 ədəd texnika Ukraynaya çatdırılması üçün Böyük Britaniya tərəfindən alınmışdır.[48]
Kanada − 76 ədəd A4B+.[49] Kanada Silahlı Qüvvələri tərəfindən 1967-ci ildən 2005-ci ilə qədər istifadə edilmiş və daha sonra onlar tədricən ləğv edilmişdirlər. Bütün texnikalar 1980-ci illərdə M109A4B+ SPH standartlarında modernləşdirilmişdir. Onlar ilk növbədə Almaniyada yerləşən 4 Kanada Mexanikləşdirilmiş Briqada Qrupu tərəfindən istifadə edilmişdir.[50]
M109A5
Səudiyyə Ərəbistanı − 48 ədəd M109A5 2002 və 2004-cü illər arasında ikinci əl texnikalar kimi təhvil verilmişdir.[4][51] 2011-ci ilə qədər bu texnikaların heç biri xidmətdə qalmamışdır.[5]