Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002).
Həyatı
Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir.
M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır.[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 10 may 2022-ci ildə[6], 6 may 2023-cü ildə[7] və 9 may 2024-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.
Əsas rolları
- İblis (H. Cavid) — qaraçı
- Atabəylər (N. Həsənzadə) — kəniz
- Sehrli alma (Y. Lada) — dayə
- Nişanlı qız (S. Rəhman) — Qəmər
- Od gəlini (C. Cabbarlı) — 2-ci qız
- Ah, Paris… Paris!.. (Elçin) — Gülər xanım
- Vaqif (S. Vurğun) — Gülnar
- Torpağa sancılan qılınc (N. Xəzri) — Gönçəqız
- Şeyx Xiyabani (İ. Əfəndiyev) — Səhər
- Məlik Məmməd (nağıl-tamaşa) — ispan gözəli; Gülçin; nağılçı
- Mənsiz dünya (N. Xəzri) — Qaratel
- Yalan (S. Rəhman) — Xumar
- Məhəbbət və azadlıq (G. Fiqeryedu) — Kleya
- Fərhad və Şirin (S. Vurğun) — Fitnə
- Özümüzü kəsən qılınc (B. Vahabzadə) — Mələk
- Burla Xatun (N. Xəzri) — Qısırca yengə
- Bu dünyanın adamları (Hidayət) — Səkinə
- Ulduz yaxud Ədirnə fəthi (C. Cabbarlı) — havalı qadın
- Ağqoyunlular və qaraqoyunlular (Ə. Əmirli) — Qaraqoyunlu bibi
- Brüsseldən məktublar (H. Həsənov) — Tubu xanım Axundova
- Qatil (Elçin) — Xanım Həsənzadə
- Ölüləri qəbiristanlıqda basdırın (İ. Şıxlı) — Sərvinaz bəyim
- Kaş araba aşmayaydı (O. İoseliani) — Tasiya
- Xəcalət (H. Mirələmov) — Fərqanə
- Eloğlu (A. Şaiq) — Anaxanım
- Şekspir (Elçin) — Sara Bernard
- Əmir Teymur (H. Cavid) — Dilşad
Filmoqrafiya
- Gümüşgöl əfsanəsi (film, 1984) — rol: Nərgiz
- Ordan-burdan (film, 1987) — rol: Rənanın rəfiqəsi
- Dəvətnamə (film, 2003) — rol: Firuzə
- Tənha durna uçuşu (film, 2003)
- Cavid ömrü (film, 2007)
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film) — rol: polisin arvadı
- Ayrılıq imiş (film, 2008)
- Vəkil hanı? (film, 2011)
- Ləyaqət hücrəsi (film, 2011)
- Mürafiə vəkillərinin hekayəti (film, 2011)
- Sübhün səfiri (film, 2012)
- Həyat çiçəyi (teleserial, 2013)
- Həyat sən nə qəribəsən (teleserial, 2013)
- Məhəbbət və susuzluq (film)
- İnanmırsansa (film) — rol: Arzu
- Yunus İmrə (film) — rol: Fatma
İstinadlar