Məmməd Vəliyev

Məmməd Vəliyev
Vəliyev Məmməd Hüseynəli oğlu
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili

Məmməd Vəliyev (15 iyun 1943, Noraşen rayonu20 fevral 2014) — AMEA-nın Polimer Materialları İnstitutunun «Yüksək doymamış birləşmələr» laboratoriyasının müdiri(1982-2014). Kimya elmləri doktoru, professor.

Həyatı

Vəliyev Məmməd Hüseynəli oğlu, 15 iyun 1943-cü ildə Naxcıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kəndində anadan olub. 1960-cı ildə Şərur rayonunun Yengicə kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1968-ci ildə həmin institutu “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirib. 1968-ci ildə həmin institutu “Əsas üzvi və neft kimya sintezinin texnologiyası” ixtisası üzrə bitirib. 1969-cu ildən Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (hazırda Polimer Materialları İnstitutu adlanır) kiçik elmi işçi vəzifəsində işləməyə başlayıb və 1971-ci ildə institutun aspiranturasına daxil olub. 1974-cü ildə Azərbaycan MEA Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib və 1977-ci ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. Müsabiqə yolu ilə 1977-ci ildə böyük elmi işçi, 1982-ci ildə isə laboratoriya müdiri vəzifəsinə seçilib və 2014-cü ilə qədər bu vəzifədə çalışıb.1987-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya Universitetində doktorluq dissertasiyasını müdafiə edib və 1991-ci ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvi seçilib.

Professor M.H.Vəliyevin həyat və elmi fəaliyyəti haqqında məlumatlar 2004-2006-cı illərdə ABŞ-nin "Markiz" nəşriyyatında çap olunan "Elm və texnikada kim kimdir" və "Dünyada kim kimdir" bioqrafik məlumatlar toplusuna daxil edilmişdir.Professor M.H.Vəliyev üzvi kimya sahəsində tanınmış mütəxəssis olub, bütün elmi fəaliyyətini Azərbaycanda kimya elminin, o cümlədən üzvi kimyanın inkişafına həsr etmişdir. Onun rəhbərliyi altında aparılan fundamental elmi-tədqiqat işlərinin nəticələri M.H.Vəliyevə yüksək doymamışlığa malik polifunksional birləşmələr kimyası üzrə məktəb yaratmağa imkan vermişdir.Professor M.H.Vəliyevin rəhbərliyi ilə respublikada mövcud olan neft emalı və neft-kimya məhsulları (tsiklopentadien, 1,2,3-trixlorpropan, 2,3-dixlorpropen, 1,3-dixlorpropen, allilxlorid, epixlorhidrin, etilenxlorhidrin və s.) əsasında tərkibində heteroatom saxlayan yüksək doymamışlığa malik norbornen, norbornadien, vinilasetilen, allilasetilen, diasetilen, vinilallen, polien və s. birləşmələrin effektli alınma üsulları işlənməklə bərabər onların üzvi sintezin inkişafı üçün yeni perspektiv yollar açdığı müəyyən olunmuşdur.M.H.Vəliyev tərəfindən tsiklik dienlər və yüksək doymamışlığa malik aktivləşməyən dienofillər arasında [4+2] - tsiklobirləşmə reaksiyasının elmi əsasları yaradılmış, o cümlədən reaksiyaya daxil olan reagentlərin təbiəti və quruluşundan asılı olaraq reaksiyaların ümumi qanunauyğunluqları, mexanizmi, stereokimyası öyrənilmişdir. Həmçinin, kvant-kimyəvi hesablamalar (“Həyəcanlanmış molekulyar orbital” nöqteyi-nəzərindən) üsulu ilə konyuqə olunmuş və olunmamış yüksək doymamışlığa malik karbohidrogenlərin (butadien, heksatrien, oktatetraen, pentadien, allen, vinilallen, vinilasetilen, allilasetilen, diasetilen və s.) alifatik və tsiklik dienlərlə (butadien, tsiklopentadien və onun xlorlu törəmələri) reaksiyayagirmə qabiliyyətləri müqayisəli şəkildə öyrənilmiş və alınan nəzəri nəticələrin təcrübi qiymətlərlə uzlaşdığı aşkar edilmişdir. Əldə olunan elmi nəticələr M.H.Vəliyevə [4+2] - tsiklobirləşmə reaksiyasının mexanizmi haqqında yeni fikir yürütməyə imkan vermişdir. İlk dəfə olaraq M.H.Vəliyev tərəfindən 1,3- və 1,4-enin sıralı birləşmələrin fazalararası kataliz şəraitində generasiya olunmuş dihalogenkarbenlərlə qarşılıqlı təsir reaksiyaları müqayisəli halda öyrənilmiş və [2+1] - tsiklobirləşmə reaksiyalarının qanunauyğunluqları müəyyən olunmuşdur. Eyni zamanda metalkompleks katalizatorların iştirakı ilə yüksək çıxımla silisium-, bor-, fosfor-, halogentərkibli doymamış birləşmələrin alınma üsulları işlənmiş və onların üzvi və neft-kimya sintezində məqsədyönlü tədbiq sahələri göstərilmişdir. Sistematik olaraq tsiklik və polixlortsiklik sıralı asetilen və allen birləşmələrin müxtəlif reaksiya mərkəzlərindən kimyəvi çevrilmələri öyrənilmiş və göstərilmişdir ki, onlar neft kimyası sintezində məqsədli–praktiki cəhətdən əlverişli birləşmələr almaq üçün geniş istifadə oluna bilərlər.

M.H.Vəliyevin rəhbərliyi altında aparılan tədqiqatlar nəticəsində neft-kimya sənayesinin məhsulları əsasında yüzlərlə polifunksional birləşmələr və onların silisium və halogentərkibli törəmələri alınmış, identifikasiya olunmuş, əmələgəlmə qanunauyğunluqları və kimyası öyrənilməklə bərabər, onların arasında yüksək keyfiyyətli plastifikatorlar, modifikatorlar, monomerlər, inhibitorlar, antipirenlər, bioloji- və səthi- aktiv maddələr və s. olması müəyyənləşdirilmişdir. Tetraxlorbitsiklik spirtin dəri antiseptiki xassəsinə malik olması sınaqdan keçirilib və onun əsasında bakterisid-funqisid polimer kompozisiyası alınmışdır. Sintez olunmuş maddələrə bir çox elmi mərkəzlər və təşkilatlar (Almaniya, Rusiya, İsveç, Türkiyə, Latviya) maraq göstərir və bu laboratoriya ilə əməkdaşlıq edirlər. Professor M.H.Vəliyevin elmi fəaliyyətinin böyük əhəmiyyət kəsb edən bir istiqaməti də neft məhsullarından aşağı və yüksək molekullu naften turşularının effektiv ayrılma üsullarını işləməklə bərabər, onların və fərdi naften turşularının əsasında etilen və asetilen sıra efirlərin və vinilketonların alınmasının qanunauyğunluqlarının öyrənilməsidir. Yuxarıda sadalanan işlərlə yanaşı M.H.Vəliyevin elmi fəaliyyətinin bir hissəsini təşkil edən sahə də mikroorqanizmlər iştirakı iləüzvi sintezin, o cümlədən zərif üzvi sintezin inkişaf etdirilməsidir. Belə ki, onun Bakı neftləri və neft karbohidrogenlərinin biodeqradasiyası və biotransformasiyasısahəsində apardığı tədqiqat işləri nəticəsində göstərilmişdir ki, bu zaman əsasən mikrobioloji oksidləşmə prosesi gedərək müvafiq karbon turşularıəmələ gəlir. Eyni zamanda model reaksiyalarıəsasında müəyyən olunmuşdur ki, aromatik fraksiyada oksidləşmə prosesi iki istiqamətdə - aromatik həlqənin parçalaması ilə və həmçinin, yan zəncirdən də gedir. Aparılan tədqiqat işləri neft kimyası, mikrobioloji kimya və zərif üzvi sintezlə bərabər ekoloji cəhətdən də maraq doğurur. Üzvi kimya, neft kimyası və mikrobioloji kimya sahələrində M.H.Vəliyevin apardığı sistematik və çoxillik elmi-tədqiqat işlərinin nəticələri “Elm” nəşriyyatında 1987, 2011 və 2013-cü illərdə nəşr edilmiş monoqrafiyalarda (“Кумулены”, “Биодеструкция и биотрансформация в органическом синетезе” və “Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və trasformasiya”), xarici ölkələrdə və respublikada nəşr olunan jurnallarda (“Изв. АН СССР сер. химическая”, “Защита металлов”, “Журнал прикладной химии”, “Пластические массы”, “Журнал Органической химии”, “Журнал общей химии”, “Tetrahedron” , “Synthesis”, “İnternational Journal of Organic Chemistry”, “Нефт и газ”, “Азербайджанское нефтяное хозяйство”, “Процессы нефтехимии и нефтепереработки” jurnalı, “Химия гетероциклических соединений”,“Азербайджанский химический журнал” və s.) dərc olunub. Ümumiyyətlə, onun elmi və pedaqoji fəaliyyətinin nəticələri dərc olunmuş 500-ə yaxın elmi əsərdə, o cümlədən 76 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapıb.

Tanınmış beynəlxalq jurnallarda və nüfuzlu elmi nəşrlərdə M.H.Vəliyevin dərc olunmuş əsərlərinə olunan istinadlar və elmi əsərlərinə bir çox elmi mərkəzlərin, o cümlədən Türkiyə, Bolqarıstan, Kanada, Belçika, ABŞ, Fransa, Hindistan, Latviya, Rusiya, Avstriya, Polşa, İtaliya və s. alimləri tərəfindən göstərilən maraq onun yaratdığı elmi istiqamətin perspektivliyini bir daha sübut edir. Yuxarıda sadalanan elmi-tədqiqat işlərinin nəticələrinin bəziləri mühüm elmi nəticələr kimi Azərbaycan MEA-nın illik məruzələr toplusuna daxil edilmişdir.M.H.Vəliyev dəfələrlə bir sıra Beynəlxalq Konqres və Simpoziumlarda iştirak etmiş və məruzələrlə çıxış edib. O, 1984-1985-ci illərdə Moskva şəhərində N.D.Zelinski adına Üzvi Kimya İnstitutunda, 1991-ci ildə Hindistanda, 2004-2006, 2008-2011-ci illərdə isə Türkiyədə müxtəlif Universitetlərdə elmi ezamiyyətlərdə olmuş və konfranslarda məruzələrlə çıxış edib. Professor M.H.Vəliyev elmi- tədqiqat işləri ilə yanaşı 1991-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasında “Neft və qazın emalı kimyası və texnologiyası” kafedrasının professoru kimi də pedoqoji fəaliyyətgöstərərək yüksək ixtisaslı kadrların hazırlanmasında iştirak edib. O, 1987-ci ildən etibarən müxtəlif İxtisaslaşdırılmış Elmi Şuraların, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyasının kimya elmləri üzrə Ekspert Şurasının və AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində olan İxtisaslaşdırılmış Elmi Şuranın üzvü olub. M.H.Vəliyevin rəhbərliyi ilə 12 namizədlik və bir doktorluq dissertasiyası müdafiə olunub. Həmçinin, aparılan tədqiqat işləri əsasında M.H.Vəliyev 5 qrant layihəsinin (2005-2007-ci illərdə İNTAS, 2010-2012-ci illərdə Ukrayna Elmi Texnoloji Mərkəzi- 2 layihə, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondu) rəhbəri və iştirakçısı olub.

20 fevral 2014 71 yaşında vəfat edib.

İstinadlar

Read other articles:

У Вікіпедії є статті про інші значення цього терміна: Сайгак (значення). ?СайгакЧас існування: плейстоцен — наш час Охоронний статус На межі зникнення (МСОП 3.1) Біологічна класифікація Домен: Еукаріоти (Eukaryota) Царство: Тварини (Animalia) Тип: Хордові (Chordata) Клас: Ссавці (Mammalia)

 

  لمعانٍ أخرى، طالع سداد (توضيح). الصِّمَّة[1][2] أو السِّداد[1] أو السُّدَّة[3] أو الصِّمامة[1] أو السدادة (في الوعاء الدموي)[4] تسميات تستعمل لوصف الكتلة المتنقلة غير المرتبطة والتي تنتقل عبر مجرى الدم والقادرة على سد شبكة الشعيرات الشريانية (خلق ا...

 

ميل شيبارد معلومات شخصية اسم الولادة (بالإنجليزية: Melvin Winfield Sheppard)‏[1]  الميلاد 5 سبتمبر 1883(1883-09-05) الوفاة 4 يناير 1942 (58 سنة)كوينز مكان الدفن نيوجيرسي  مواطنة الولايات المتحدة  الطول 177 سنتيمتر[1]  الوزن 67 كيلوغرام[1]  الحياة العملية المهنة عداء المسافات ال

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: 141st Signal Battalion United States – news · newspapers · books · scholar · JSTOR (April 2008) (Learn how and when to remove this template message) 141st Signal Battalion141st Signal Battalion Coat Of ArmsActive1 June 1940 – 26 April 19467 March 1951 ...

 

Variety of grape Flame Seedless grapes The Flame Seedless (Vitis vinifera)[1] is a vigorous,[clarification needed] heavy-bearing table grape cultivar that keeps well in storage. It is a hybrid of Thompson Seedless, Cardinal, and several other Vitis vinifera cultivars. It produces large clusters of medium-large red grapes with a sweet flavor. Flame Seedless requires a long growing season. As such, the plants fare poorly in cool, damp zones. However, its good qualities, especial...

 

British monthly magazine This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: The Skinny magazine – news · newspapers · books · scholar · JSTOR (July 2015) (Learn how and when to remove this template message) The SkinnyCategoriesMusic, arts, culture, listingsFrequencyMonthlyCirculation32,191 (ABC, 31 Decembe...

Suku BungkuTo Bungku / To BungguTukang besi Bungku sedang bekerja. Koleksi Tropenmuseum, foto diambil antara 1900 dan 1920.Daerah dengan populasi signifikan Indonesia (Sulawesi Tengah)BahasaBungku, IndonesiaAgamaIslam dan Kristen Suku Bungku (bahasa Bungku: To Bungku, To Bunggu) adalah kelompok etnis yang mayoritas mendiami wilayah Bungku Utara di Kabupaten Morowali Utara, Bungku Selatan, dan Bungku Tengah, dan Menui di Kabupaten Morowali, Provinsi Sulawesi Tengah.[1] Suku Bungku...

 

Ini adalah daftar katedral di Pakistan diurutkan berdasarkan denominasi. Katedral Hati Kudus di Lahore Katolik Roma Katedral Gereja Katolik di Pakistan:[1] Katedral Santo Petrus dan Paulus, Faisalabad Katedral Santo Fransiskus Xaverius, Hyderabad Katedral Santo Yosef, Rawalpindi Katedral Santo Patrick, Karachi Katedral Hati Kudus, Lahore Katedral Kebangkitan ,Multan Pro-Katedral Rosario Suci, Quetta Lihat juga Gereja Katolik Roma Gereja Katolik di Pakistan Daftar katedral Referensi ^ ...

 

”Tenno Beach” near the Suzaki Imperial Villa Suzaki Imperial Villa (須崎御用邸, Suzaki Goyōtei), located in the Suzaki neighborhood of Shimoda city, Shizuoka Prefecture, Japan is a residence owned by the Japanese Imperial Family, and used on infrequent intervals as an informal summer retreat. History The Imperial Family of Japan previously had residences in several locations within Shizuoka Prefecture: Atami Imperial Villa (熱海御用邸, Atami Goyōtei), located in the city of At...

Abjad NabathJenis aksara Abjad Bahasabahasa Aram Nabath dan Arab NabathPeriodeabad ke-2 SM–4 MArah penulisanKanan ke kiriAksara terkaitSilsilahHieroglif MesirAbjad Proto-SinaiAbjad FenisiaAbjad AramAbjad NabathAksara turunanAbjad ArabISO 15924ISO 15924Nbat, 159 , ​Nabataean Artikel ini mengandung transkripsi fonetik dalam Alfabet Fonetik Internasional (IPA). Untuk bantuan dalam membaca simbol IPA, lihat Bantuan:IPA. Untuk penjelasan perbedaan [ ], / /...

 

Uwe Lorenz 1983 Uwe Lorenz (* 19. Juli 1955 in Halle (Saale)) war Fußballspieler für den Halleschen FC Chemie in der DDR-Oberliga, der höchsten ostdeutschen Fußball-Liga. Inhaltsverzeichnis 1 Sportliche Laufbahn 2 Privates 3 Literatur 4 Weblinks Sportliche Laufbahn Lorenz begann sein Fußball-Laufbahn mit zehn Jahren bei der SG Dynamo Halle-Süd. 1971 wechselte er zur Betriebssportgemeinschaft (BSG) Motor Ammendorf. Vom November 1974 bis zum April 1976 spielte er während seines Armeedien...

 

Nationale Bewegung der EntwicklungsgesellschaftMNSD-Nassara Partei­vorsitzender Seini Oumarou General­sekretär Saley Djibrillou Stell­vertretender Vorsitzender Ali Sabo Gründung 18. März 1991 Haupt­sitz Niamey, Niger Zeitung Le Nassara Farbe(n) grün und rot Parlamentssitze 13 von 171 Website mnsdnassara.org Die Nationale Bewegung der Entwicklungsgesellschaft (französisch: Mouvement National de la Société de Développement, Kürzel: MNSD-Nassara) ist eine politische ...

2018 American action thriller film by Babak Najafi Proud MaryTheatrical release posterDirected byBabak NajafiScreenplay byJohn S. NewmanChristian SwegalSteve AntinStory byJohn S. NewmanChristian SwegalProduced byTai DuncanMark Anthony LittlePaul SchiffStarring Taraji P. Henson Jahi Di'Allo Winston Billy Brown Danny Glover CinematographyDan LaustsenEdited byEvan SchiffMusic byFil EislerProductioncompaniesScreen GemsPaul Schiff Productions[1]Distributed bySony Pictures ReleasingRelease ...

 

麵種與蛋姬 短篇動畫《麵種與蛋姬》標題 パン種とタマゴ姫 Mr. Dough and the Egg Princess 假名 ぱんだね と たまごひめ 罗马字 Pandane to Tamagohime 類型 動畫短片 常用譯名 酵母君与鸡蛋公主 麵种与蛋姬 酵母与鸡蛋公主 电影:麵種與蛋姬 原作 宮崎駿 導演 宮崎駿 編劇 宮崎駿 音樂 久石讓 製作 吉卜力工作室 上映日期 2010年 影片長度 11分37秒 版权信息 ©2010.二馬力.G 動漫主題-...

 

Toronto subway station BroadviewGeneral informationLocation769 Broadview AvenueToronto, OntarioCanadaCoordinates43°40′37″N 79°21′30″W / 43.67694°N 79.35833°W / 43.67694; -79.35833PlatformsSide platformsTracks2Connections TTC buses and Streetcars  8  Broadview 62  Mortimer 87  Cosburn 100  Flemingdon Park 300   Bloor - Danforth 304   King 322   Coxwell 504B  King 505  D...

Dieser Artikel behandelt den Minnesänger Ulrich von Liechtenstein. Zum Höfling siehe Ulrich von Lichtenstein. Abbildung im Codex Manesse. Ulrich ist als zimiergeschmückter Turnierritter dargestellt, „verkleidet“ als Dame Venus (mit Amorpfeil und Fackel). In dieser Form unternahm er laut seiner Lebensbeschreibung 1227 eine große literarische Turnierfahrt. Büste von Bildhauer Alfred Schlosser in der Grazer Burg Ulrich von Liechtenstein (auch: Ulrich von Lichtenstein; * um 1200; † 26...

 

Анушка Шанкар. Игра на ситаре. Инструментальная музыка — музыка, исполняемая на инструментах. Обычно инструментальными называют композиции без участия человеческого голоса, в более широком смысле данный термин может быть употреблён и для музыки с вокалом, которому а...

 

Cet article est une ébauche concernant une localité de la province de Hainaut. Vous pouvez partager vos connaissances en l’améliorant (comment ?) selon les recommandations des projets correspondants. Deux-Acren Tour de l'église Saint-Martin (avec deux coqs). Administration Pays Belgique Région  Région wallonne Communauté  Communauté française Province  Province de Hainaut Arrondissement Ath Commune Lessines Code postal 7864 Zone téléphonique 068 Démographie ...

العلافقي (محلة) تقسيم إداري البلد  اليمن المحافظة محافظة إب المديرية مديرية المخادر العزلة عزلة المعشار القرية قرية السهيلة السكان التعداد السكاني 2004 السكان 69   • الذكور 38   • الإناث 31   • عدد الأسر 11   • عدد المساكن 11 معلومات أخرى التوقيت توقيت اليمن (+3 غرينيت...

 

Paghimo ni bot Lsjbot. Alang sa ubang mga dapit sa mao gihapon nga ngalan, tan-awa ang Cerro El Chivo. 21°45′45″N 103°56′42″W / 21.7626°N 103.94502°W / 21.7626; -103.94502 Cerro El Chivo Bukid Nasod  Mehiko Estado Estado de Jalisco Gitas-on 1,898 m (6,227 ft) Tiganos 21°45′45″N 103°56′42″W / 21.7626°N 103.94502°W / 21.7626; -103.94502 Highest point  - elevation 2,014 m (6,608 ft) Width 1.5 km (1 mi) Height ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!