Məhəbbət[1] (it. L'Amore) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir.[2] Filmdə iki məhəbbət hekayəsindən söhbət açılır.[3] Filmin bəstəkarı Roberto Rossellininin qardaşı Renzo Rossellinidir.[4]
Məzmun
Filmin məzmunu iki məhəbbət hekayəsinə ayrılır. Birinci hekayədə sevgilisi tərəfindən atılmış bir qadının hekayəsindən, ikinci hekayədə isə Allahdan vergi alaraq, Müqəddəs İosifdən hamilə qaldığını düşünən bir qadının hekayəsindən söhbət açılır. Birinci hekayədə qadının keçirdiyi məhəbbət hisslərindən söhbət açılır. Hekayə bağlı otaqda baş verir.İkinci hekayədə isə əsl məhəbbətdən danışılır. Hər iki qadın obrazını İtalyan aktrisası Anna Manyani canlandırmışdır. İkinci hekayədə küçədə gəzən avara oğlan obrazını isə filmin ssenaristlərindən biri olan Federiko Fellini canlandırmışdır. Filmin birinci hissəsi "İnsan səsi" (it. Una voce umana), ikinci hissəsi isə "Möcüzə" (it. Il miracolo) adlanır.
İnsan səsi
Bu hekayədə sevgilisi tərəfindən atılmış bir qadının (Anna Manyani) hekayəsindən danışılır. Həmin qadın həyatının mənasını sevgilisində görür. Sevgilisi isə onu başqa bir qadına dəyişmişdir. Qadın hər nə olursa, olsun onunla barışmaq istəyirdi. Hekayədə əsas məqsəd, sevgilisi tərəfindən atılmış qadının telefonun ilə münasibəti xilas etmə cəhdidir.
Qadın sevgilisinin onunla münasibətləri yaxşılaşdırmağa səy göstərmədiyi üçün sanki dəli bir qadına dönür. Lakin bu da onların münasibətlərini yaxşılaşdırmır. Qadın sevgilisi üçün nə qədər şücaət göstərsə də, sevgilisi onun bu şücaətini başa düşmür. Hekayənin sonu qadının ağlaması ilə bitir. Filmdə qadının sakit olmasının güclü anları ümidsizliyin qışqırıqlarına yollar üçün diqqətəlayiqdir. Film, qapıları və pəncərələri bağlı olan evdə, atmosfersiz bir otaqda çəkilmişdir. Həmçinin, evdə qadının qara bir köpəyi olur.
Möcüzə
Bu hekayədə Allahdan vergi alaraq, Müqəddəs İosifdən hamilə qaldığını düşünən bir qadının (Anna Manyani) hekayəsindən danışılır. Hekayə Cənubi İtaliyada Amalfi sahilində yerləşən Furore və Mayori kommunalarında baş verir. Burada birinci hekayədən fərqli olaraq məhəbbət emosiyalarından yox, əsl məhəbbətdən söhbət açılır. Nannina dinə inanan bir qızdır. Lakin bir dəfə saqqallı bir avaranın (Federiko Fellini) yanında içki içir. Nanninanı yuxu aparır. Bundan istifadə edərək saqqallı kişi, onunla bir yerdə qalır. Yuxudan oyanandan sonra Nannini həyatına davam etməyə başlayır. Amma bir gün hamilə qaldığını başa düşür. Nannina inanır ki, Allah ona vergi vermişdir. Həmin verginin sayəsində Müqəddəs İosifdən hamilə qalmışdır.
Ətrafdakı insanlar onun bədbəxt olduğunu hesab edirlər. Nannina isə onlara əhəmiyyət verməyərək, özünü heç də bədbəxt olmadığını düşünür. Bu düşüncə ilə yaşadığına görə ətrafdakı insanlar tərəfindən pislənir və gülünc vəziyyətə salınırdı. Bunun əzabını uzun müddət çəkir. İnsanlar tərəfindən pislənməsinə dözməyərək buranı tərk etməyə məcbur olur. Buradan getdikdən sonra kilsəyə yola düşür. Kilsəyə çatdıqda, kilsənin qapısını açaraq, otağa daxil olur. Bu zaman ona keçinin baxdığı aydın görülür. Otağa daxil olduqdan sonra onun hamiləliyi başa çatır. Onun övladı dünyaya gəlir.
Maraqlı faktlar
Mükafatlar
İl |
Mükafat |
Layiq görülüb
|
1948 |
Gümüş Lenti (Milli mükafat) |
Anna Manyani (Ən yaxşı aktrisa)
|
İstinadlar
- ↑ Енциклопедия „В света на киното“, т.1, стр.435, 1983 г.
- ↑ Text of Joseph Burstyn, Inc v. Wilson , 343 U.S. 495 (1952) is available from: · Findlaw · BC
- ↑ Gianni Rondolino: Roberto Rossellini. Torino: UTET 1989, 121
- ↑ Tag Gallagher: The Adventures of Roberto Rossellini. New York: Da Capo 1998, 231
Xarici keçidlər
|
---|
1930-cu illər | |
---|
1940-cı illər | |
---|
1950-ci illər | |
---|
1960-cı illər | Qaribaldi (1961) • Vanina Vanini (1961) • Benito Mussolini (1962) |
---|
1970-ci illər | Mikelancelonun konserti (1974) • Dünya əhalisi (1974) |
---|