Ludwig Mies van der Rohe qısaca Ludwig Mies (27 mart 1886[1][2][…], Aaxen, Prussiya, Almaniya imperiyası[1][2] – 17 avqust 1969[1][2][…], Çikaqo, ABŞ[1][2][…]), Alman memar və konstruktor.
Həyatı
Daş ustası olan atası ilə hörgü emalatxanalarında işləmişdir. 13 yaşında Berlinə köçdü və burada art nouveau memarı və mebel dizayneri Bruno Paul üçün işləməyə başlamışdır. 1907-ci ildə ilk dizaynını etmişdir (filosof Alois Riehl üçün Riehl Evi). 1908-ci ildə Memar Peter Behrens ilə işləməyə başlamış və burada Karl Friedrich Schinkel və Frank Lloyd Wright haqqında tədqiqatlar aparmışdır. Mies 1913-cü ildə Berlinə köçdü və Ada Bruhn ilə evlənmişdir. Berlində öz memarlıq ofisini açmışdır.
Birinci Dünya müharibəsi dövründə Balkanlarda xidmət edib qayıtdıqdan sonra göydələnlər üzərində işləməyə başlamış və öz ofisində dizaynlar etmişdir.
1921-ci ildə Bruhnla evliliyinə son qoyan Mies, öz anasının evlilik öncəsi soyadını əlavə edərək adını Ludwig Mies van der Rohe olaraq dəyişdirmişdir.
1920-ci illərdə Berlin avanqard dərnəyində (Novembergruppe, Zehner Ring, G jurnalı) fəal iştirak etmiş və Hans Richter, El Lissitzky, Theo van Doesburg kimi müasir sənəti müdafiə etmişdir. O dövrdə Miesin də bir bloku olan müasir mənzillər və evlər yaradılmışdır.
1929-cu ildə Mies ən məşhur layihələrindən birini həyata keçirmişdir. Barselona Beynəlxalq sərgisindəki Alman Pavilyonu (Barselona Pavilyonu) 1938-ci ildə dağıdılmış və daha sonra 1986-cı ildə yenidən qurulmuşdur. Sütunlarla dəstəklənən düz bir damı olan pavilyonun daxili divarları şüşə və mərmərdən düzəldilmişdir və bu divarlar tikilini dəstəkləmədiyi üçün hərəkət edə bilirlər. Miesin digər dizaynlarında da müşahidə olunan “məkan, həcm, fəza” anlayışı bu pavilyonda da özünü göstərir.
1930-cu ildə Mies Berlin və Dessauda Bauhauzun başçısı olmuşdur. Lakin yeni seçilmiş Nasist hökumətinin təzyiqlərinə görə Bauhausu bağlamalı olmuşdur. 1930-cu illərdəki iqtisadi və siyasi dəyişikliklərə görə Miesin layihəsini vermiş olduğu binalarının əksəriyyəti inşa edilə bilinməmişdir və Stanley Resorun dəvəti ilə 1938-ci ildə ABŞ-yə köçməyə qərar vermişdir.
Növbəti illərdə Zirehli Texnologiyalar İnstitutunun Memarlıq fakültəsinin direktoru ilə görüşlər həyata keçirmişdir (institut daha sonra İllinois Texnologiya İnstitutu adlandırılmışdır). 1938-1958-ci illər arasında Mies ITT Memarlıq Fakültəsinin direktoru olmuşdur. 1940-cı illərdə ondan kampusun yenidən dizayn edilməsi istənilmiş və o bu işi polad-şüşə üslubunda görməyə başlamışdır.
1944-cü ildə o dövrə qədər inşa edilmiş ən minimalist (less is more!) evi yaratmışdır (Farnsworth House, Chicago). Ev tamamilə şüşədən düzəldilmiş 8 dayaq üstündə duran, bölmələrə ayrılmış, tək bir otaqdan ibarət idi.
1950-ci illərdə dizaynlarına davam edərkən, Mies “şüşə göydələn” xəyalını reallaşdırdı və bunun üzərində işləməyə başladı. 1951-ci ildə Çikaqoda Twin Towers (əkiz qüllələr) inşa edildi. Daha sonra da oxşar binaların tikintisi davam etdirilmişdir. Seagram Building (New York) bu seriyanın ən vacib binası kimi qəbul edilə bilər.
1962-ci ildə, Neue Nationalgalerienin dizaynının həyata keçirilməsi ondan istənildikdə o öz karyerasının zirvəsinə çatdı. Lakin, qalereyanın açılışını görmədən 17 avqust 1969-cu ildə vəfat etmişdir.
İstinadlar
- ↑ 1 2 3 4 5 6 7 8 Мис ван дер Роэ Людвиг // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 5 6 7 8 Eckardt W. V. Ludwig Mies van der Rohe // Encyclopædia Britannica (ing.).
- ↑ ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Museum of Modern Art online collection (ing.).
- ↑ https://miesbcn.com/the-pavilion/.