Luis van Qaal (8 avqust 1951, Amsterdam) — Hollandiyalı keçmiş futbolçu və baş məşqçi. Hal-hazırda Mançester Yunaytedin baş məşqçisidir.
Klub karyerası
1973-1977-ci illər arasında Belçikanın Royal Antverp futbol klubunda, 1977-1978-ci illərdə isə Hollandiyanın Telstar və 1978-1986-cı illərdə AZ Alkmaar klublarında yarımmüdafiəçi olaraq oynamışdır.
Baş məşqçilik karyerası
Baş məşqçilik karyerasına 1986-cı ildə Ayaksın baş məşqçi köməkçisi kimi başlamışdır. 1991-ci ildə baş məşqçi vəzifəsinə gətirilmişdir. 1997-ci ilə qədər davam edən Ayaks baş məşqçiliyində bir sıra müvəffəqiyyətlər əldə etmişdir. 1992-ci ildə UEFA Kubokunu qazanmışdır.1994, 1995 və 1996-cı illərdə Hollandiya çempionatını, 1993-cü ildə Hollandiya Kubokunu, 1994, 1995 və 1996-cı illərdə Hollandiya Super Kubokunu qazanmışdır.
1997 - 2000-ci illərdə Barselonada baş məşqçilik etmişdir. Bu müddətdə, 1997/98-ci illərdə UEFA Superkubokunu, 1998/99-cu illərdə isə həm La Liqa, həm də İspanya Kral Kubokunu qazanmışdır.
O, 2000/01-ci illərdə Hollandiya milli futbol komandasına baş məşqçilik etmişdir. Ancaq uğursuzluq ona yenidən Barselonaya qayıtmasına səbəb olmuşdur.
2005-ci ildə AZ Alkmaarda baş məşqçilik etmişdir. 2007/08-ci illərdə Çempionlar Liqasına qatıla bilmədiyi üçün komandadan ayrılmışdır. Lakin daha sonra, yəni, 2008/09-cu illərdə yenidən komandaya qayıtmışdır.
Məşhur baş məşqçi Hollandiyada keçirdiyi uğurlu illərdən sonra Bavariya ilə razılaşmışdır. O burada Bundesliqa və Almaniya kubokunu qazanmış, Çempionlar liqasında final oynamışdır. Daha sonra Hollandiya milli futbol komandası ilə razılaşan Luis van Qaal 2014 Dünya kubokunda üçüncülük əldə etmişdir. Milli komanda ilə ayrılacağını bildirdikdən sonra isə Mançester Yunayted ilə razılaşmışdır.
İstinadlar