Lui Jermen David de Fünes de Qalarza (fr. Louis de Funès; 31 iyul 1914[2][3][…], Kurbevua[d], Sena[d][1] – 27 yanvar 1983[2][3][…], Nant, Fransa metropoliyası[1]) — Fransa kinosunun ən məşhur, komik aktyorlarından biri. Tamaşaçılarının yadında həddindən artıq çevik hərəkətləri, komik üz cizgiləri və hövsələsiz, bir yerdə qərar tuta bilməyən davranışı ilə qalıb.
Həyatı
1914-cü il iyulun 1-də Paris ətrafında yerləşən Kurbevuada ispan və portuqal əsilli zadəgan ailəsində anadan olmuşdur. Lui balaca ikən atası 3 uşaqlı ailəsinin pullarını götürərək qaçır. Lui karyerasına pianoçu və caz ifaçısı kimi başlayıb. Boyu 164 sm çəkisi 55 kiloqram olduğu üçün orduya çağrılmır. Kinoda özünü ilk dəfə 30 yaşında 1945-ci ildə sınayıb. Ona uğur gətirən 40 yaşında çəkildiyi "Blero" obrazını canlandırdığı "Yaxalanmayıbsa, oğru deyil" filmidir.
Yaratdığı obrazlar dünyanın hər yerində – vətəni Fransadan əlavə, keçmiş Çexoslovakiya, İspaniya, Almaniya, Belçika, keçmiş Yuqoslaviya, Niderland, İtaliya, Yunanıstan, Polşa, Rumınya, Bolqarıstan, Livan, İsrail, Türkiyə və keçmiş Sovet İttifaqında həddindən artıq sevilirdi. Amma ingilis dilli ölkələr istisna təşkil edirdi. O ABŞ-da yalnız 1974-cü ildə ekranlara çıxan "Ravvi Yakubun ağlasığmaz sərgüzəştləri" adlı kinosu ilə qəbul olunur. Bir aktyor kimi ciddi rolların da öhdəsindən məharətlə gəlməsinə baxmayaraq dünya tamaşaçıları böyük aktyoru inanılmaz dərəcədə çevik hərəkətləri və böyük ustalıqla nümayiş etdirdiyi saysız-hesabsız və komik üz cizgiləri ilə xatırlayır.
Mükafatları
Filmoqrafiya
- "Barbizon aldanma" - 1946
- "Antuan və Antuanetta" - 1947
- "Altı itirilmiş saatı" - 1947
- "Dü Geklen" - 1949
- "Mən yalnız səni sevirəm" - 1949
- "Ünvanı naməlumdur" - 1950
- "Bonifas-somnambula" - 1950
- "Görüşümüzədək, cənab Qrok" - 1950
- "Oyunçular" - 1950
- "Dəvə üçün daha asandır" - 1950
- "Qanunsuz küçə" - 1950
- "Çətir altında məhəbbət" - 1951
- "Cavan çempionlar" - 1951
- "Mənim arvadım çox gözəldir" - 1951
- "Zəhər" - 1951
- "Xoş dəlilik" - 1951
- "Canavarlar gecədə ova çıxırlar" - 1952
- "Cənab Leqinyon - fənərçi" - 1952
- "Cənab Taksi" - 1952
- "Məhəbbət - günah deyil" - 1952
- "O və mən" - 1952
- "Paris bül-büllər" - 1952
- "Kapitan axmaq" - 1953
- "Aprel balığı" - 1954
- "Ax! Bu gözəl vakxankalar" - 1954
- "Qardaşlıq" - 1954
- "Kraliça Marqo" - 1954
- "Bulon meşəsin korsarları" - 1954
- "Mademuazel Nituş" - 1954
- "Kişilər ancaq bu barədə fikirləşirlər" - 1954
- "Çıxış yoxdur" - 1954
- "Atam, anam, qulluqçu və mən" - 1954
- "Ailəvi hadisə" - 1954
- "Xidmətçilər üçün pilləkən" - 1954
- "Yatan gözəl" - 1954
- "Cənab Bardın qəribə arzusu" - 1954
- "Helen Marimonun sirri" - 1954
- "Elə müxtəlif talelər" - 1954
- "Çörək otda" - 1954
- "Atasın quldur dəsətəsi" - 1955
- "Qusarlar" - 1955
- "Gün aydın, gülümsəmə" - 1955
- "Əgər bizə Parisin haqqında danışsaydılar" - 1955
- "Napoleon" - 1955
- "Dözülməz cənab naqqal" - 1955
- "Xışıltı" - 1955
- "Küçələrin qanunu" - 1955
- "Kiçik beyin" - 1955
- "Atam, anam, arvadım və mən" - 1956
- "Parisdən" - 1956
- "Tutulmayan oğru deyil" - 1957
- "Tamamilə vaxtsız" - 1958
- "Taksi, bağlama və korrida" - 1958
- "Toto Madriddə" - 1959
- "Vendetta" - 1961
- "Kapitan Frakass" - 1961
- "Gözəl amerikalı" - 1962
- "Epsomlu centlmen" - 1962
- "Şeytan və on dini hədis" - 1962
- "Biz Dovilə gedərik" - 1962
- "Sadədil" - 1962
- "Bankı partladın!" - 1963
- "Pik-pik" - 1963
- "Zəncirvarı reaksiya / Karambol" - 1963
- "San-Tropeli jandarm" - 1964
- "Qutuda oyun" - 1964
- "Kişilərin arasında siçan / Qadın rəhbərliyindən altında / Qəribə başçı" - 1964
- "Fantomas" - 1964
- "Jandarmlar Nyu-Yorkda" - 1965
- "Əyyaşlar" - 1965
- "Maymaq" - 1965
- "Bəxtəvərlər" - 1965
- "Fantomas qəzəblənir" - 1965
- "Böyük gəzinti" - 1966
- "Cənab Septimin restoranı" - 1966
- "Böyük tətillər" - 1967
- "Oskar" - 1967
- "Fantomas Skotland-Yarda qarşı" - 1967
- "Jandarm evlənir" - 1968
- "Balaca üzgüçü" - 1968
- "Döydürülmüş" - 1968
- "Donmuş" - 1969
- "Jandarmlar gəzintidə" - 1970
- "Orkestr-adam" - 1970
- "Co" - 1971
- "Dahilik maniyası" - 1971
- "Ağacın yuxarıya çıxarkən" - 1971
- "Ravvin Yakobun macəraları" - 1973
- "Ayaq ya qanad" - 1976
- "Jandarm və yadplanetlilər" - 1979
- "Dalaşma" - 1978
- "Xəsis" - 1980
- "Kələmlə şorba" - 1981
- "Jandarmlar və təcrübəçilər" - 1982
İstinadlar
Mənbə
- Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 18. (az.)
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|