Lope de Veqa

Lope de Veqa
Karpyo Feliksin
Lope de Veqanın portreti
Lope de Veqanın portreti
Doğum adı Félix Lope de Vega Carpio
Doğum tarixi
Doğum yeri Madrid, İspaniya
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Madrid, İspaniya
Vəfat səbəbi Skarlatina
Vətəndaşlığı ispan
Milliyyəti ispan
Fəaliyyəti şair, dramaturq
Fəaliyyət illəri 1594-1635
Əsərlərinin dili ispan
Janrlar roman, tamaşa
İlk əsəri Rəqs ustası 1594
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lope de Veqa (25 noyabr 1562[1][2][…], Madrid, Kastiliya krallığı[3][1][…]27 avqust 1635[2][3][…], Madrid, Kastiliya krallığı[4]) — ispaniyalı şair və dram yazarı. İspan intibah ədəbiyyatının tanınımış yazarlarından biri. [5]

Haqqında

Lope de Veqa 25 noyabr 1562-ci Madriddə anadan olmuşdur. Dövrünün orta səviyyəli təhsil ocaqlarında dərs keçmişdır. Ədib yeniyetməlik dövründən müxtəlif elmlərlə yanaşı, dinə maraq göstərmiş, hətta 1614-cü ildə keşiş rütbəsi almışdır.[5]

Yaradıcılığı

Lope de Veqa Servantesdən sonra ispan ədəbiyyatının ən önəmli şəxslərindən biridir. Ən məhsuldar yazıçılardan biri olaraq tanınır. Ədib bir çox janrlarda yazıb-yaratmışdır. O, sonetlərin, epik poemaların müəllifidir. Lakin onun əsas uğurları dramaturgiya ilə bağlı olmuş, iki teatr janrında: komediya və dini dram (auto) yazmışdır. Lope de Veqa dünyada ən çox pyes yazan sənətkar kimi tanınmışdır.[5]

Ədibin tələbəsi olmuş Xuan Peres de Montalvanın yazdığına görə, Lope de Veqa 1800-dən çox ailə-məişət, 400 dini mövzulu səhnə əsəri yazıb. Ədəbi əsərlərini yazarkən keyfiyyətdən çox kəmiyyətə üstünlük verdiyi fikirləri söylənilsə də, teatr əsərlərindən 80-i ən məşhur əsərlərindən sayılır. İspan teatrına böyük əmək sərf etmiş və onun inkişafında böyük rolu olmuşdur.[5]

Lope de Veqanın komediyaları süjet baxımından olduqca genişdir. Bəşər tarixi, İtaliyanın tarixi, xüsusilə ispan xalqının dünyanı fəth etdiyi qəhrəmanlıq tarixinin səhifələri, müxtəlif təbəqələrin həyat və məişəti Lope de Veqa teatrında əks olunmuşdur. Yaradıclığı haqqında elmi-nəzəri əsərləri, tədqiqatları nəzərdən keçirilərək belə qənaətə gəlinmişdir ki, Lope de Veqanın 500-ə yaxın pyesi nəşr olunub. Lakin onlardan 200-ə qədərinin adı bəllidir. Yazıçının 1979-cu ildə "İkinci Davidin rəşadəti" adlı əsərinin tam avtoqrafı tapılmışdır. Ədibin yaradıcılığında nəsr və poeziya xüsusi yer tutur. Onun 20-dən çox poeması, çoxlu şeirləri vardır.[5]

Yazıçı 1609-cu ildə qələmə aldığı "Bizim dövrümüzdə yeni komediya yazmaq sənəti" adlı traktatında intibah dram sənətinin əsas prinsiplərini, başlıca estetik göstəricilərini, mövzu, janr məsələlərini, sənətkarlıq xüsusiyyətlərini araşdırmışdır. XIX əsrin 70-ci illərindən Lope de Veqanın "Qoyun bulağı" (1876), "Sevilya ulduzu" (1886), "Bağban iti" (1893), "Fenizanın toru" (1893) və başqa əsərləri dünya teatrlarında tamaşaya qoyulmuşdur.[5]

Lope de Veqanın məşhur əsərlərindən biri onun 1612-1613-cü illərdə yazdığı "Qoyun bulağı" adlı qəhrəmanlıq dramıdır. Əsərdə böyük bir faciə ayrıca bir fərdin deyil, bütün xalq kütlələrinin faciəsini canlandırmışdır. Dramaturqun daha bir məşhur əsəri 1623-cü ildə qələmə aldığı "Sevilya ulduzu" pyesidir. Bu əsərdə XVII əsr ispan ictimai-siyasi quruluşunu ifşa etmiş və mütləqiyyət quruluşunu açıb göstərmişdir.[5]

Lope De Veqa dünya mədəniyyətində klassik dramaturq kimi tanınmışdır. Yaradıcılığının ilk illərində əsərləri hindu, fransız, alman, ingilis dillərinə tərcümə edilmiş və dövrünün öncül teatrlarında tamaşaya qoyulmuşdur. Ədibin dramaturgiyasının mövzu dairəsi, janrı çox geniş və rəngarəngdir. Malıy və Aleksandrinks teatrları XIX əsrin axırlarında öz səhnələrində Lope de Veqanın komediyalarını göstərib.[5]

Lope de Veqanın ilk pyeslərində - "Sevilya ulduzu", "Yelbeyin qız", "Kastiliya məhkəmə hakimləri", "Kral Vamba", "Qraf Fernan Qonsales və ya Bastiliyanın xilası", "Qoyun bulağı" və s. kimi əsərlərində şəxsiyyət və cəmiyyət problemləri geniş əks olunmuşdur. Həmin əsərlərdə öz təbəələrinin şəxsiyyətlərini tapdalayan, ləyaqətini alçaldan hakim zümrələrin tənəzzülə uğramasının qaçınılmaz olması başlıca ideyadır. Yazıçının "Şöhrətli asturiyalılar", "Ölümdən sonra nikah", "Simonkaslı qarımışlar", "Pedro Karbonero" və s. kimi pyeslərində mürəkkəb insan xarakterləri öz əksini tapmışdır. Lope de Veqanın yazmış olduğu "Florensiya villası" adlı pyesində ailə-məişət mövzusu öz əksini tapmışdır.[5]

Həmçinin o, bir sıra komediyalarında - "Fuente Ovexuna", "Salameya hakimi", "Perivanes və komandor Okani", "Xoşsifət hakim - kral" və s. kimi əsərlərində güclü xarakterlər yaratmışdır. Dramaturqun "Rəqs müəllimi", "Universitet təlxəyi", "Sevəsən, ancaq bilməyəsən kimi sevirsən", "Min oyundan çıxan məşuqə", "Səfərə çıxan evdə qaldı", "Məşhur tərsanə", "Kastelvinas və Monteses", "Dəliqanlı Kastruço", "Sirsiz məhəbbət də yoxdur", "Nə yordan doyar, nə əldən qoyur", "Xatafeli kəndli qadın", "Kuzəli qız" kimi komediyalarında məişət qayğıları, həyata bağlılıq və əxlaqi görüşlər öz əksini tapmışdır.[5]

O, ömrünün sonunadək yazıb-yaratmışdır. Ölümündən bir neçə gün əvvəl o, özünün məşhur "Qızıl əsr" adlı poemasını yazmışdır. Böyük sənətkar həmişə öz xalqını vəsf etmiş, onun tarixini, müasir əxlaq qaydalarını və hadisələri qələmə almışdır. XX əsrdə Lope de Veqa yaradıcılığına maraq daha da artmış, onun əsərləri bir çox ölkələrin teatrlarında uğurla tamaşaya qoyulmuşdur. Dramaturqun "Sevilya ulduzu", "Valensiya divanələri", "Rəqs müəllimi", "Nə yardan doyur, nə əldən qoyur", "Fuante Ovexuna" əsərləri Azərbaycan dilinə tərcümə edilmiş və Azərbaycan teatrlarında tamaşaya qoyulmuşdur.[5]

Əsərləri

Dram əsərləri

  • "Kral Vamba"
  • "Yelbeyin qız"
  • "Qoyun bulağı" (1876)
  • "Sevilya ulduzu" (1886)
  • "Bağban iti" (1893)
  • "Pedro Karbonero"
  • "Fenizanın toru" (1893)
  • "Ölümdən sonra nikah"
  • "Şöhrətli asturiyalılar"
  • "Simonkaslı qarımışlar"
  • "Kastiliya məhkəmə hakimləri"
  • "Qraf Fernan Qonsales və ya Bastiliyanın xilası"

Komediyaları

  • "Kuzəli qız"
  • "Rəqs müəllimi"
  • "Fuente Ovexuna"
  • "Məşhur tərsanə"
  • "Salameya hakimi"
  • "Dəliqanlı Kastruço"
  • "Universitet təlxəyi"
  • "Xoşsifət hakim - kral"
  • "Xatafeli kəndli qadın"
  • "Kastelvinas və Monteses"
  • "Səfərə çıxan evdə qaldı"
  • "Min oyundan çıxan məşuqə"
  • "Sirsiz məhəbbət də yoxdur"
  • "Perivanes və komandor Okani"
  • "Sevəsən, ancaq bilməyəsən kimi sevirsən"

Poemaları

  • "Qızıl əsr"

Romanları

  • "Arkadiya"
  • "Öz vətənində qərib"
  • "Doroteya"
  • "Viflielli naxırçıları"

Vəfatı

Lope de Veqa 27 avqust 1635-ci ildə Madriddə vəfat etmişdir.

Həmçinin bax

Ədəbiyyat siyahısı

  • Novruzov, T. XVII əsr Qərb ədəbiyyatı /T.Novruzov.-Bakı, 1994.- 104 s.
  • Драмы и комедии: пер. с исп. /Лопе де Вега.- Москва: Правда, 1991.-765 с.
  • Варга, C. Лопе де Вега /Сюзанн Варга.- Москва: Молодая гвардия, 2008.- 391 с. Жизнь замечательных людей

İstinadlar

  1. 1 2 Vega Carpio, Lope Felix de (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 27.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 М. В. Лопе де Вега (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIII. С. 4–6.
  4. Плавскин З. И., Плавскин З. И. Вега Карпьо // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 Lope de Veqa. "Seçilmiş əsərləri" (PDF) (Azərbaycan). anl.az. 13-2-2013 tarixində arxivləşdirilib (PDF).

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!