Lockheed U-2

Lockheed U-2
İstehsalçı Lockheed Corporation
İlk uçuş 1 avqust 1955
İstismara verilmə tarixi 1957
İstismarçılar
Buraxılış sayı 85
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lockheed U-2
Uçuş zamanı U-2-dən Yerin mənzərəsi

Ümumi

Lockheed U-2 ABŞ Hərbi Hava Qüvvələri və keçmişdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istifadə olunan ultra yüksək hündürlükdə uça bilən kəşfiyyat təyyarəsidir. İstənilən hava şəraitində, gecə-gündüz 21.000 metr hündürlükdən kəşfiyyat məlumatları götürə bilir. U-2 həmçinin elektronik sensor axtarışı, peyklərin kalibrlənməsi və kommunikasiya məqsədilə də istifadə olunur.

U-2-nin ilkin versiyaları soyuq müharibə dövründə bir neçə dəfə SSRİ, Çin, VyetnamKubanın üzərində kəşfiyyat apardıqlarına görə kəskin qlobal insidentlərə səbəb olmuşdurlar. 1960-cı ildə MKİ-ə aid olan bir U-2 SSRİ ərazisində olarkən S-75 Dvina ZRK-sı vasitəsilə vurulmuşdur. Pilot Qeri Powers (Gary Powers) sağ yerə ensə də kəşfiyyat ittihamları ilə SSRİ Ali Sovetinin Məhkəməsi qarşısına çıxarılmışdır.

Daha bir U-2 isə 1962-ci ildə Kuba Raket Krizisi ərzində Kuba üzərində kəşfiyyat apararkən SSRİ-nin silahları ilə Kuba ərazisindən vuruldu. Pilot Rudolf Anderson həlak oldu. Həmin pilot üçüncü dünya müharibəsini başlada biləcək Kuba raket krizisində yeganə itki kimi tarixə düşdü U-2 çox azsaylı təyyarələrdəndir ki 50 ildən artıq orduda xidmət edirlər. 1980-ci illərdə təkmilləşdirilmiş versiyaları — TR-1, U-2R, U-2S orduya qəbul edildi. Ən son versiya olan U-2S ən son 2012-ci ildə yeniləndi. Onlar soyuq müharibədən sonra Əfqanıstanİraq ərazisində ABŞ tərəfindən istifadə ediliblər, bundan əlavə NATO-nun bir neçə beynəlxalq əməliyyatlarında da istifadə olunublar

Yaradılması

MiG-17

2-ci Dünya Müharibəsi bitdikdən son ABŞ SSRİ-i ərazisində baş verənləri, SSRİ-nin hərbi-texniki imkanlarını öyrənmək üçün Amerikan ordusu daha yaxşı hava kəşfiyyatı məlumatlarına ehtiyac duyurdular. 1950-ci illərdə SSRİ ərazisinə aid ən yaxşı kəşfiyyat məlumatları Alman Faşist Hərbi Hava Qüvvələri – Luftwaffe-nin müharibə zamanı çəkdiyi şəkillər idi. Amerikan dövləti SSRİ ərazisini çəkmək məqsədilə kəşfiyyat missiyalarına start verdi. Lakin 1950-ci illərdən sonra Sovet İttifaqı Hava Hücumundan Müdafiə qüvvələri çox həssaslaşdılar: Öz ərazilərinə yaxınlaşan təyyarələrə hücum etməklə yanaşı, hətta Yaponiya ərazisində uçanlara qarşı belə təhdid yaradırdılar. O dövrün kəşfiyyat təyyarələrinin çoxu Boeing RB-47 kimi əvvəl bombardmançı, sonradan kəşfiyyat versiyaları yaradılmış təyyarələr idi.

ABŞ HHQ-sinin məsulu Richard Leghorn 18.300 metrdən yuxarıda uçacaq olan təyyarələrin MiQ-17 təyyarələrinin təhlükəsindən uzaq olduğunu düşünürdü. Qeyd edək ki, MiQ-17 o dövrdə SSRİ-nin ən yaxşı qırıcı təyyarəsi hesab olunurdu, lakin maksimal uçuş hündürlüyü 13.700 metr idi. O və başqaları düşünürdü ki, SSRİ radarları 19.800 metrdən yuxarı hündürlükləri nəzarətdə saxlaya bilməz.

Amerika və onun tərəfdaşlarının hava qüvvələrində olan ən yüksək hündürlükdə uça bilən təyyarəsi 14600 metr maksimal hündürlüklü English Electric Canberra təyyarəsi idi. Britaniyanın Kral Hava Qüvvələrinin artıq o təyyarənin fotokəşfiyyat versiyası – PR3 olsa da, Amerikan HHQ Britaniya tərəfinə eyni təyyarənin Amerikan versiyası olan Martin B-57-nin daha da uzun və ensiz qanadlı, yeni mühərrikli və daha yüngül versiyasının yaradılması üçün müraciət etdi. Yeni təyyarə 20.400 metr hündürlükdə uça biləcəkdi. Lakin 1955-ci ildə yaradılan təyyarənin maksimal uçuş hündürlüyü 19.500 metr idi. ABŞ və Britaniyadan fərqli olaraq, SSRİ müharibə qurtarandan sonra da belə öz radarlarını təkmilləşdirmişdi və 19.800 metrdən hündürdə uçan obyektləri belə izləyə bilirdi.

Lockheedin təklifi

O vaxtları 21.300 metrdən hündürdə uçan təyyarələrin Sovet qırıcılarından, radarlarından və raketlərindən yayına biləcəyi düşünülürdü. Digər HHQ zabiti 1953-cü ildə 21.300 metrdə uça biləcək, 2800 kilometrlik əməliyyat radiuslu yeni təyyarənin yaradılması təklifini verdi. ABŞ HHQ yeni proyektə daha çox fokuslana biləcəkləri üçün kiçik aviakompaniyalara müraciət etdi. "Keçəl Qartar" ("Bald Eagle") kod adlı proyekt Bell Aircraft, Martin Aircraft, Fairchild Engine and Airplane şirkətlərinə verildi. Məşhur Lockheed aviakompaniyasındakı rəsmilər bu xəbəri eşitdikdən sonra, onlar özləri, onlara müraciət edilməsə belə yeni təyyarə layihəsini yaratmağı qərara aldılar. Çəkini azaltmaq və uçuş hündürlüyünü artırmaq üçün Lockheed işçisi eniş təkərlərini çıxarmağı və gövdənin yüklənmə limitini nəzərə almamağı təklif etdi. Şirkət yeni təyyarənin ilkin konsepsiyasını yaratmaq üçün mühəndisi Klerens "Kelli" Consona (Clerance "Kelly" Johnson) müraciət etdilər. "Kelli" Conson Lockheeddə olan ən yaxşı aeronavtika mühəndisi idi. O dövrünün bir çox əfsanəvi təyyarələri -P-38 və P-40-ı yaratmağı ilə məşhur idi. O həm də layihələri vaxtından əvvəldə bitirməsi və özünün ayrıca komandası – Skunk Workslə işləməsi ilə də tanınırdı.

Consonun dizaynı CL-282 adlanırdı və Lockheedin digər təyyarəsi – XF-104-ün bazasında yığılmışdı, lakin daha uzun qanadlar və daha qısa füzelyajla təchiz olunmuşdu. Təyyarə General Electric J73 mühərriki ilə işləyirdi və öz xüsusi platformasından uçuşa buraxılırdı. Yerə enərkən isə öz gövdəsinin üzərinə enirdi. Bu təyyarənin uçuş hündürlüyü 22.500 kilometr, əməliyyat radiusu isə 2500 kilometrlik idi. 1954-cü ilin İyununda ABŞ HHQ bu təyyarəni digər rəqib təyyarə — Bell X-16 təyyarəsinə qarşı rədd etdi. Çünki Lockheedin təyyarəsinin qalma-enmə təkərləri yox idi və daha etibarlı Pratt&Witney J57 mühərrikinin əvəzinə J73 mühərriki ilə işləyirdi və bir mühərrikli idi. ABŞ HHQ-sinin rəhbərliyi düşünürdü ki çox mühərrikli təyyarələr daha etibarlıdır. CL-282-nin təqdimatı zamanı isə general Curtis LeMay otağı "təkərləri və silahı olmayan təyyarə bizə lazım deyil" deyərək tərk edir.

"Kelli" Conson və Qeri Qovers

MKİ tərəfindən qəbulu

Sivil zabitlər Trevor Qardner (Trevor Gardner) və Hava Qüvvələri sekretarı Harold E. Talbott Cl-282-in daha hündürdə uçmağını və daha kiçik radar izi olmağını bəyənirdilər.

Onlar bu təyyarə haqda Mərkəzi Kəşfiyyat İdarəsinin Elmi Kəşfiyyat Ofisinə bildirdilər. O zamanlar MKİ-nin kəşfiyyat məlumatları hava qüvvələrinin təyyarələrinin uçuş planından asılı idi. MKİ-nin direktoru Allen Dalls (Allen Dulles) insan kəşfiyyatından gələn məlumatları texniki vasitələrdən gələn məlumatlardan daha üstün tuturdu. HHQ və MKİ-yə hava kəşfiyyatı üzrə məsləhət verən Kəşfiyyat Sistemləri Paneli hələ 1954-cü ildə kəşfiyyat üçün nəzərdə tutulan RB-57D təyyarəsinin 21300 metr hündürlükdə uçması tələbatına uymayacağını bildirmişdi. Həm Kornell Aeronavtik Laboratoriyasının (Cornell Aeronautic Laboratory), həm də Kəşfiyyat Sistemləri Panelinin üzvü olan Allen Donovana görə isə kəşfiyyat təyyarəsinin təhlükəsizliyi üçün 21.300 kilometr hündürlük mütləq idi. Bundan sonra MKİ həmin panelə Hərbi Hava Qüvvələrinin CL-282-də mənfilik kimi gördüyü xüsusiyyətləri özləri üçün arzuolunan bildirdi: Yüksəkhündürlükdə uça bilən planertipli təyyarə onların tələbatına uyğun idi.

Kəşfiyyat Sistemləri Panelinin digər üzvü, sürətli uçuş fotoqrafiyası eksperti Edvin Lənd (Edwin Land)MKİ direktoru Allen Dallsa onun köməkçisi vasitəsilə MKİ-nin həmin CL-282 təyyarəsini maliyyələşdirməsini və məhz MKİ-nin rəhbərliyi altında istifadə edilməsini məsləhət gördü. Ləndə görə əgər təyyarə Kəşfiyyat İdarəsi tərəfindən yox, ordu qüvvələri tərəfindən sülh dövründə digər ölkələrin, xüsusilə SSRİ-nin ərazisində uçsa, bu müharibələrə gətirib çıxara bilər. Mərkəzi Kəşfiyyat İdarəsinin öz sərəncamında kəşfiyyat təyyarələrinin uçması Dalls tərəfindən həvəslə qarşılanmasa da, Lənd və MIT-nin işçisi Hames Killian prezident Eyzenhoverə həmin təyyarə haqqında məlumat verdilər: Bundan sonra prezident həmin təyyarələrin MKİ sərəncamında olması qərarını verdi.

Bundan sonra direktor Dalls təyyarələrin MKİ-nin sərəncamında istifadəsinə öz razılığını verdi. Lakin bəzi ABŞ HHQ zabitləri bu proyektə qarşı çıxdılar, çünki onlar bu təyyarənin onların öz kəşfiyyat təyyarələri layihələri – RB-57D və X-16 layihələrinin davam etdirilməsinə təhlükə yaratdığını düşünürdülər.

ABŞ HQ-si məsulu öz qurumunu daha yüksək performanslı J57 mühərriki ilə təchiz olunmuş CL-282 proqramını dəstəkləməyə və MKİ ilə son razılaşmanın əldə etməyə inandırdı. Razılaşma 1954-cü ilin Noyabrında əldə olunsa da, təyyarənin müəllifi olan Lockheed digər layihələrlə məşğul olduğu üçün CL-282 layihəsini davam etdirmək üçün inandırılması bir müddət sonra oldu.

İstehsalı

Bissel layihənin rəhbəri oldu. Bu layihə tam gizli olduğuna görə onun maliyyələşdirilməsi MKİ-nin direktoru vasitəsilə həyata keçirildi (MKİ Direktoru vəzifəsi amerikan qanunlarına görə dövlət fondundan gizli layihələrə görə qəbzsiz pul götürə bilən yeganə dövlət işçisi idi). Lockheedə 1955-ci ildə ilk 20 təyyarə üçün 22.5 milyon dollar pul ödənilməsi razılığına gəlindi və tərəflər arasında detal razılaşmalarının hələ getdiyi dövrdə CL-282 layihəsinin işini davam etdirə bilməsi üçün ilk 1.26 milyon dollar birbaşa Consonun evinə göndərilmişdi.

Bu təyyarənin hissələri tamamilə gizli şəkildə yaradıldı. Conson indiyə kimi ən çox 13.700 metr hündürlüklü altimetr (hündürlük ölçən) istehsal etmiş kompaniyalardan 24.400 metr hündürlükdə işləyə bilən altimetr yaratmağı istəyəndə şübhələri yayındırmaq üçün MKİ yalandan yeni altimetrin eksperimental raket üçün istifadə olunacağı hekayəsini yaymışdı.

Yeni təyyarə üçün Shell kompaniyası sonradan JP-7 kimi tanınacaq, yüksək hündürlüklərdə buxarlanmayacaq, aşağı buxarlanma səviyyəli, aşağı təzyiqli qırıcı yanacağı ixtira etdi. Deyilənə görə, bu yanacağa hətta yanan kibrit atılsa belə yanacaq alışmır. Bu yanacağdan bir neçə 100 min gallon (1 qallon 22.4 litr) istehsal edildiyinə görə ölkədə kəskin şəkildə həşərat dərmanları çatışmazlığı yarandı(ilkin ehtimalla yanacaqla həşərat dərmanının xam maddələri eyni olub)

1955-ci ildə təyyarə U-2 adlandırıldı.

U-2 üçün yaradılmış kamera 18.000 km hündürlükdən 76 sm dəqiqlikdə şəkil çəkə bilirdi. Təyyarənin içi o qədər dolu idi ki kameranın baş dizayneri Ceyms Beyker (James Baker" Consondan 240 inç fokal uzunluqlu kamera yerləşdirmək üçün təyyarənin içində əlavə olaraq sadəcə 6 inçlik həcm istəyəndə Conson "Əlavə 6 inç üçün nənəmi belə satardım" demişdi. Buna görə də Beyker 180 inçlik, f/13.85 diafraqmalı, 13" x 13" formatlı kamera hazırladı.

TU-2S "Dragon Lady" və onu istiqamətləndirən Chevy Camaro SS
Yarım təzyiqli kosmik geyimli U-2 pilotu

SSRİ üzərindən həyata keçirilən ilk uçuşlara radarlara düşdüyünə görə MKİ təyyarənin radar izini azaltmaq üçün "Göyqurşağı Layihəsinə" start verdi. Lakin bu cəhd uğursuzluqla nəticələndi və radar izini effektiv olaraq azaltmaq mümkün olmadı. Bu da yeni səsdən 3 dəfə sürətli, 25.000 metr hündürlüklü A-12 təyyarəsi layihəsinə gətirib çıxardı.

Dizayn

U-2-ə təqdirəlayiq performans verən dizayn həm də onu uçurmaq üçün çox çətin təyyarə edir. Uzun qanadları planer xarakteristikaları versə də onu 21.000 hündürlükdə saxlamaq çox incə məsələdir. Təyyarənin maksimal hündürlükdə qalması üçün pilot təyyarəni sürət limitinə çox yaxın uçurmalıdır. 21.000 metr hündürlükdə maksimal sürətlə təyyarənin stala düşmə sürəti arasında cəmi 19 kilometr/saat fərq var. Bu 19 kilometr/saatlıq sürət çərçivəsi "tabut küncü" adlandırılır. Belə ki, maksimal sürətdən cəmi 19 km/s aşağı sürətlə uçsa, yüksək hündürlükdə havanın sıxlığı çox az olduğuna görə təyyarənin qanadlarında yetərincə qaldırma qüvvəti olmayacaq, və təyyarə stala uğrayaraq idarəetməni itirəcək və aşağı doğru düşəcək. Nəticədə, təyyarə qəzaya uğraya bilər, yaxud da düşmən radarları tərəfindən tutula bilər.

Çox yüksək hündürlükdə qanadları idarə etmək üçün çox incə güc lazım olduğundan, U-2-nin idarəetmə sistemləri çox həssasdır. Lakin, aşağı hündürlükdə uçarkən hava sıxlığının çox olması və qanadları idarəetmə üçün əlavə mexaniki güc qurğuları olmadığı üçün təyyarəni idarə etmək çox çətin olur. Pilot təyyarəni arzuolunan səviyyədə idarə edə bilməsi üçün maksimal əzələ gücü tətbiq etməlidir. Təyyarə eniş xəttinə yaxınlaşarkən ona enmə üçün düzgün dərəcəni nizamlamaqda köməklik üçün eniş xəttində əlavə maşın enənə kimi onu izləyir.

U-2 normal 3 təkərli eniş mexanizminin əvəzinə 2 təkərli eniş sisteminə malikdir.

U-2-nin əməliyyat hündürlüyündə atmosferdəki hava təzyiqi çox az olduğuna görə pilot yarım təzyiqli kosmik geyim geyinir. Bu kabinədə ola biləcək hava buraxılması nəticəsində yaranacaq kəskin təzyiqsizliyə görə ehtiyat tədbiridir. Kabinədə standart hava təzyiqi 8.500 metr hündürlükdəki hava təzyiqi ilə eynidir.

Uçuş zamanı pilotlar maye və qida qəbul edə bilsələr də, onlar 8 saatlıq bir missiyada təqribən 2.7 kiloqram çəki itirirlər. Pilotlara missiyadan əvvəl zəhərli tabletka götürmək təklif edilir ki, düşmən ərazisinə düşərsə taleyini özü müəyyənləşdirə bilsin. Tərkibi maye potassium-siyanid olan tabletka ağıza qoyulub dişləndikdən 10–15 saniyə ərazində insanı öldürür. Bir çox pilot təklif kimi verilən həmin tabletkaları götürmür. 1956-cı ildə səhvən bir pilot az qalsın konfetlə həmin tabletkanı səhv sala biləcəyinə görə, həmin tabletkaları xüsusi qutulara qoymağa başladılar. Lakin 1960-cı ildə MKİ o nəticəyə gəldi ki tabletka uçuş vaxtı təsadüfən öz qutusunun içində olsa belə qırılsa maye potassium-siyanid pilotu öldürə bilər. Bundan sonra Texniki Servislər Diviziyası xüsusi gümüş 1 dollar qəpiyinin içində gizlədilmiş zəhərli iynə yaratdı. Bu qəpikdən yalnız bir nüsxədə hazırlandı, çünki əgər hər hansısa pilot bundan istifadə məcburiyyətində qalsa idi, U-2 proqramı böyük ehtimalla ləğv olunacaqdı.

Yuxarı hündürlükdəki az təzyiqdən irəli gələn xəstəliklərin qarşısını almaq üçün pilotlar uçuşdan əvvəl 1 saat müddətinə 100%-li oksigenlə nəfəs alırlar ki, qandakı azotun miqdarı azalsın. 2001-ci ildən bəri bir çox pilotların təzyiqsizlikdən əziyyət çəkdikləri hallar olmuşdur. Onların 9-unda ömürlük beyin zədələnməsi var. 2012-ci ildə edilən modifikasiyalar nəticəsində kabinə təzyiqi 3.88 psi-dən 7.65 psi-yə (8.500 metr təzyiqdən 4.500 təzyiqə) qaldırıldı.

May 1960 U-2 insidenti

MKİ SSRİ-nin daha içlərində baş verənləri izləmək üçün əvvəlki missiyalardan daha uzun missiya planladı. Missiyaya o zamana kimi 27 döyüş missiyası həyata keçirmiş, ən təcrübəli U-2 pilotu Frensis Qeri Povers (Francis Gary Powers) təyin edildi. Bir neçə dəfə təxirə salınmadan sonra uçuş Mayın birinə təyin edildi. Əslində, missiyanın 1 May gününə təyin edilməsi ciddi səhv idi. Çünki həmin gün SSRİ ərazisində önəmli bayram – Beynəlxalq Əmək Günü idi. Buna görə də həmin gün SSRİ ərazisində hava traffiki olduqca seyrək idi. SSRİ U-2-ni sərhədinə 24 kilometr qalmışdan izləməyə başladı və uçuşun 4 saat yarımlığında U-2-ə yerdən 3 ədəd S-75 "Dvina" (SA-2) raketi buraxdı. Onlardan birincisi U-2-nin yanında partladı və təyyarəni vurdu. Pilot Qeri Povers paraşütlə yerə salamat endi. Təəssüf ki missiya may ayının ilk günündə olduğuna görə həmin U-2-ni təqib etməyə göndərilən MiG-19 təyyarəsinə SSRİ HHQ-sinin may ayı üçün olan "Dost-Düşmən Tanıma Sistemi" protokolları tətbiq edilməmişdi. Nəticədə, ikinci raket Sergey Safronov tərəfindən idarə olunan MiG-19-u vurdu. Pilot həlak oldu. U-2 pilotu Povers yerə enəndən dərhal sonra SSRİ tərəfindən tutuldu. Qəzaya uğramış U-2 tam olaraq məhv olmamışdı və SSRİ təyyarənin bir çox hissələrini analiz edə bilmişdi.

SSRİ ərazisində vurulmuş U-2-nin qalıqları

Bissel və layihənin digər məsulları 21800 metrdə vurulmuş bir U-2-nin mütləq şəkildə tam məhv olacağına inandıqları üçün, onlar SSRİ-nin əlində dəlil olmayacağını düşünürdülər. 3 Mayda Amerikanın sivil agentliyi olan Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) ona məxsus atmosferin yuxarı təbəqələrini araşdıran bir araşdırma təyyarəsinin Türkiyə üzərində yoxa çıxdığını elan etdi. MKİ-nin planına görə əgər lazım olarsa bir müddət sonra həmin təyyarənin pilotunun səhv nəticəsində SSRİ ərazisinə keçə biləcəyi ehtimalının olduğu bildiriləcəkdi. Xruşev sakit qalaraq amerikanların öz uydurma versiyalarını daha da genişləndirməsinə imkan verdi ki, onların yalanını üstünü tam açsın. Mayın yeddisində Xruşev Poversin sağ olduğunu və artıq casusluq etdiyini boynuna aldığını bildirdi. MKİ direktoru Dalls istefa ərizəsini yazsa da prezident Eyzenhover ərizəni rədd etdi və Dallsa publik olaraq bütün məsuliyyəti öz üzərinə götürmək əmrini verdi. Xruşev Paris Sammitindəki çıxışı zamanı ABŞ-dən üzr istəməyi tələb edəndən və Eyzenhover bunu rədd etdikdən sonra sammit ləğv edildi.

S-75 "Dvina"

17 avqust 1960-cı ildə Povers məhkəmədə üzr istədi və 3 il həbsə məhkum edildi, lakin fevralın 10-da ABŞ-də yaxalanmış SSRİ casusu Rudolf Abelə qarşılıq Qərbi Almaniya ilə Şərqi Almaniyanı birləşdirən Qliyenik körpüsündə ABŞ-yə təhvil verildi. ABŞ-yə qayıtdıqdan sonra o Lockheeddə U-2 pilotu kimi işləməyə başladı. MKİ araşdırmaçıları onun SSRİ-dəki sorğu zamanı "öz Amerikan vətəndaşı məsuliyyətinə" uyğun hərəkət etdiyini bildirdi. Belə ki, Povers SSRİ ilə əməkdaşlıq edirmiş kimi görüntüsü yaratmaqla əsas informasiyaları onlardan gizlədə bilmişdi.

SSRİ Poversin idarə etdiyi U-2-ni araşdıraraq onun eynisini Beriev S-13 adı altında layihələşdirdi. Lakin bu layihə MiG-25R və kəşfiyyat peykləri layihəsinə görə ləğv edildi.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!