Liu Hsian ( 387) — Tiefu konfederasiyasının şərqdəki son başçısı. Atası Liu Kuren idi. Əmisi Liu Tucuanı öldürərək hakimiyyətə gəlmişdi.[1]
Hakimiyyəti
Hakimiyyətə gələndə müstəqil siyasət yürütməyə başlayan hökmdar, gələcək imperator Toba Quini təhdid olaraq görməyə başlayırdı. Bunu görən Qui əyanların köməyi ilə ana babasının yanına qaçırılmışdı. 386-cı ilin payızında Toba Kuduoya kömək edərək Toba Quini devirməyə çalışdı. Toba Kuduo isə öz növbəsində Hsianın qohumu Liu Veyçen tərəfindən tutularaq edam edildi.[2] Liu Hsian qardaşı Liu Kanqni ilə 387-ci ilədək mübarizə aparsa da Toba Qui tərəfindən məğlub edildilər. Digər qardaşı Liu Peini 386-cı ildə təslim olmuşdu.
İstinadlar
- ↑ Vey kitabı (Vey Şu),ikinci cild
- ↑ Şi Ci Tonqcian, 104, 106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115-ci cild