Levon Aronyan (erm. Լևոն Գրիգորի Արոնյան; 6 oktyabr 1982, İrəvan) — şahmat üzrə erməni əsilli ABŞ qrosmeysteri. Aronyan 2003-cü ildə Ermənistanı təmsil edirdi, sonralar təxminən bir il müddətində 2004-cü ilə qədər Almaniyanı, 2004-cü ildən 2021-ci ilin sonlarına kimi yenidən Ermənistanı təmsil edib. Aronyan 2021-ci ilin fevral ayının sonlarında Ermənistan şahmat federasiyasından ABŞ federasiyasına keçmək qərarını açıqladı və idmana dövlət dəstəyinin azalması ilə əlaqələndirdi. 2021-ci ilin dekabrından etibarən ABŞ-ni təmsil edir.[4]
1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir,[5] ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub.[6][7]
Uğurları
Dünya Kuboku, Linares, Veyk-an Zee (iki dəfə) kimi turnirlərin qalibidir.
İstinadlar