Leonard Knyazev vulkanı

Leonard Knyazev
Leonard Kniazeff
Ümumi məlumatlar
Vulkan forması Qarışıq vulkan
Əmələgəlmə dövrü 290 min il əvvəl[1]
Son püskürmə B.e.20-ci il-220-ci il
Mütləq hündürlüyü 1080[1]
Yerləşməsi
7°22′54″ şm. e. 126°02′48″ ş. u.HGYO
Ölkə  Filippin
Region Davao

  • VOGRIPA692
  • GVP271031
Leonard Knyazev xəritədə
Leonard Knyazev
Leonard Knyazev

Leonard Knyazevqarışıq tipli vulkan. Fillippin Respublikasının Mindanao adasında yerləşir. Vulkan Kompostela Vadisi əyalətinin Mabini və Mako rayonunları ərazisindədir. Vulkan kalderinin ölçüsü 4 × 5 km-dir. Ərazidə andezit, bazalt-andezit tipli süxurlar üstünlük təşkil edir.[2] Vulkanın dəniz səviyyəsindən hündürlüyü 1080 metrdir.

Leonard Knyazev vulkanı olduğu bölgədə kalder mənşəli Leonard gölü var və gölün diametri 203 km, sahəsi 8 hektardı. Göl dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Göldə nadir balıq növləri və Filippin timsahı (Crocodylus mindorensis) yaşayır. Timsah çoxlama zamanı (iyul-sentyabr) gölə gəlir[3]. Cənub-cənubi qərb istiqamətində vulkandan amakan isti çölünə 5 km-dir[4].

Lenard Knyazev ölkənin aktiv vulkanlar siyahısına, eləcə də, Sakit okean vulkanik odlu halqasına daxildir.

Etimologiyası

Vulkan rus geoloq-kəşfiyatçısı Leonarda Knyazevin şərəfinə adlandırılıb. O Samiko mədəninin ilk menejeri olmuş. Leonardo «Inco Mining», ( İkinci Dünya müharibəsindən sonra «Apex Mining Co., Inc.» adlanmış) şirkətində fəaliyyət göstərmiş və 1930-cu ildə təsadüfən kalder gölünü aşkar etmişdir. O zaman Leonardo Xudjo rayonu ərazisində 15 km radiusda faydalı qazıntı axtarışında idi. Leonardonun ölümündən sonra, 1952-ci ildə Samiko mədəninin sahibi Alfred Vellqut və əməkdaşlar göl və vulkana Leonardın adını vermişdilər[5]. Leonardın nəvəsi Maykl Knyazev-Konenin məlumatlarına görə Knyazev 1919-1920-ci illərdə Rusiya vətəndaş müharibəsi zamanı İrkutskda Ağ ordu tərəfdən döyüşlərdə iştirak etmişdir[6].

Aktivliyi

Leonard Knyazev vulkanı bölgəsində, Şimali Dvao əyalətində geotermik kəşfiyyat araşdırıması həyata keçirilmiş. Leonard gölündən şimalda manat istilik sahəsi mövcuddur. Cənub-qərbdə isə solfatar müşahidə olunur. Göldən cənubda isə amakan-qopod istilik sahəsi və aktiv sulfatarlar mövcuddur. Ərazidə fumarol və qeyzerlər üstünlük təşkil edir.

1995-ci ildə yerli əhali arasında təşviş müşahidə edilmiş. Təşvişə səbəb vulkanın püskürmə ehtimalının olması idi. Ancaq Filippin vulkan və seysmologiya institunun (PHIVOLCS) araşdırmaları nəticəsinə müəyyən edilmişdir ki, ərazidə heç bir qeyri-adi aktivlik yoxdur. Müasir dövrdə də vulkan bölgəsi normal xarakter daşıyır.

Lenoardo Knyazev vulkanının radiokarbon üsülü ilə üç dəfə püskürdüyünü təyin etmişlər. Bizim eradan əvvəl 4190-3090-cı illərdə, bizim eradan əvvəl 130-30-cu illərdə və bizim eranın 20-220-ci illərində[7].

Vulkanın zirvəsinə alpinistlərin səfəri təşkil olunur.

İstinadlar

  1. 1 2 "Global Volcanism Program — Leonard Range". volcano.si.edu (ingilis). 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  2. "Arxivlənmiş surət". 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
  3. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  4. "Leonard Kniaseff". phivolcs.dost.gov.ph (ingilis). Philippine Institute of Volcanology and Seismology. 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  5. delight. "Maco's sulfuric hot waterfall, caldera lake, boiling uphill crater". ecomval.gov.ph (ingilis). Compostela Valley Province. 2010-07-13. 2016-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  6. Olan Emboscado. "The untainted beauty of Maco's lake Leonard". thetravelteller.com (ingilis). The Travel Teller: Chronicling Every Singe Worthy Travel. 2013-04-23. 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  7. "Leonard Range". volcano.si.edu (ingilis). Smithsonian Institute. National Museum of Natural History. Global Volcanism Program. 2007-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!