Lenin heykəli (Volqa-Don kanalı)

Lenin heykəli
rus. Памятник Ленину у входа в Волго-Донской канал
Xəritə
Ölkə  Rusiya
Yerləşir Volqoqrad
Heykəltaraşlar Yevgeni Vuçetiç
Leonid Polyakov
Sifarişçi Rusiya Sovet Federativ Sosialist Respublikasının Mədəniyyət Nazirliyi
Tikilib 22 aprel 1973
Vəziyyəti Rusiya Federasiyası mədəni irsi
Hündürlüyü 57 metr
Material Mis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Zəfər heykəli (Rusiya)Kosmosun fatehləri abidəsiMüqəddəs Pedro heykəliAnavətənn ÇağırırFəhlə və kolxozçuLenin heykəli (Volqa-Don kanalıBöyük Vətən müharibəsi illərində Sovet Arktikinin müdafiəçiləri
Hal-hazırda Rusiyada yerləşən yüksək heykəllərin müqayisəsi

Volqa-Don kanalının girişindəki Lenin heykəli (rus. Памятник Ленину у входа в Волго-Донской канал) — Volqa çayı üzərində yerləşən Volqa-Don kanalının girişindəki SSRİ-nin qurucusu Vladimir Leninə həsr olunan heykəl. Volqoqrad şəhərində yerləşən heykəl dünyanın ən böyük heykəllərindən biridir.

Tarixi

Stalin heykəli

Heykəltəraşları Yevgeni VuçetiçLeonid Polyakov olan heykəl İosif Stalinin xatirəsinə 27 iyul 1952-ci il tarixində bura tikilmişdir. Heykəlin tikilməsi üçün xüsusi bir mis hazırlanmışdı. Heykəlin yüksəkliyi 24 metr idi. Destalinizasiya siyasətlərinə görə o vaxta qədər "Stalinqrad" adlanan şəhərin adı 1961-ci ildə Volqoqrad olaraq dəyişdirilməsindən sadəcə 10 gün sonra, heykəl də sökülmüşdür. Heykəlin yerinə 12 illik boş bir təməl qalmışdır.[1]

Lenin heykəli

Bu hadisədən tam 12 il sonra Rusiya Sovet Federativ Sosialist Respublikasının Mədəniyyət Nazirliyi boş qalan yerə Vladimir Leninin xatirəsinə bir heykəlin tikilməsinə qərar vermişdir. Heykəlin heykəltəraşlığı üçün yenə eyni heykəltəraşlar seçildi. Son çertyoj 1969-cu ildə yaradıldı. Heykəlin hazırlanmasına 1969-cu ildə başlandı. 20 aprel 1973-cü ildə heykəlin açılış mərasimi keçirilmişdir.

Texniki məlumatlar

Heykəldə Anavətən çağırır heykəlində olduğu kimi beton və burazların kombinasiyasından istifadə edilib. Heykəlin ümümi yüskəkliyi altında yerləşən beton təməl ilə birlikdə 57 metrdir.

Heykəl hal-hazırda Rusiyanın mədəni irsidir.[2] 2011-ci ilin mart ayında heykəlin təmir edilməsinin zəruri olduğu bildirilmişdir.[3]

Həmçinin bax

İstinadlar

  1. "Памятник Ленину" (rus). 2012-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  2. "ПАМЯТНИК В.И. ЛЕНИНУ" (rus). Rusiya Federasiyası Mədəniyyət Nazirliyi.[ölü keçid]
  3. "Памятнику Ленина в Красноармейском районе грозит разрушение" (rus). 16 mart 2011. 2011-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!