Leşanda Budda (Mayterey) heykəli — Yer kürəsinin ən hündür Budda heykəllərindən biridir və minilliklər boyu, dünyanın ən hündür heykəltəraşlıq əsəri olmuşdur (Volqoqradda “Ana Vətən” yaranana qədər).
Çinin Leşan şəhər dairəsinin Şizhonq rayonunda Sıçuan əyalətinin üç çayının qovuşduğu yerdə, Linqyunşan dağında qayanın qalınlığında oyulmuşdur.
Buddanın (Maitreyin) üzü qarşıda yerləşən müqəddəs Emeyşan dağına çevrilir.
Buddanın başı dağla bərabər hündürlüyə yüksəlir və ayaqları çaya dirənir.
Buddaya münasibətdə cənub və şimal divarlarında bodhisattvanın 90-dan çox daş təsviri həkk olunub.
Heykəlin yaradılması üzərində iş Tan imperiyası dövründə, 713-cü ildən başlayaraq 90 il davam etmişdi.
Heykəlin hündürlüyü 71 m, başının hündürlüyü demək olar ki 15 m, çiyin aralığı demək olar ki 30 m, əl barmağının uzunluğu 8 m, ayaq barmağının uzunluğu 1,6 m, burnunun uzunluğu 5,5 m-dir.
XVII əsrin ortalarına qədər, Böyük Buddanın bədəni başına qədər, əvvəl Böyük Təsvirin Pavilyonu adlanan 13 mərtəbəli "Dasyanqe" məbədi ilə gizlədilmişdi.
Bu bina sonradan yanğın nəticəsində məhv olmuşdu.
Böyük Budda heykəli YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.
Parka giriş 90 yuandır.
Həmçinin bax
Dünyanın ən hündür heykəllərinin siyahısı
Lüğətlər və ensiklopediyalar | |
---|