Laslo Bito (tam adı: Laslo Bito, mac. László Z. Bitó; 7 sentyabr 1934, Budapeşt[2] – 14 noyabr 2021[1]) — Macarıstan fizioloqu və yazıçısı. Tədqiqatçı kimi qlaukoma üçün dərman hazırlamışdır. Yazıçı kimi roman və esselər müəllifidir.
Həyatı
Laslo Bito Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Onun ailəsi kommunist dövründə Budapeştdən ayrılmaq məcburiyyətində qalmışdır. O, Komlodakı bir mədəndə xidmət etmiş və 1956-cı ildə inqilabın yerli lideri olmuşdur. İnqilab Rus qüvvələri tərəfindən yatırılandan sonra Bito ABŞ-yə qaçdı, burada təqaüd qazandı və fizioloq oldu. ABŞ-də ona sığınacaq verildi və 1956–57-ci ilin qış rübündə Bard Kollecində təhsil aldı. O, 1960-cı ildə Bard Kollecinin pre-med biologiya fakültəsindən məzun oldu. 1963-cü ildə Kolumbiya Universitetində tibbi hüceyrə biologiyası üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Onun tədqiqatı qlaukomadan əziyyət çəkən milyonlarla insanın qurtulmasına səbəb olan Xalatanın inkişafına gətirib çıxardı. 150-dən çox elmi məqalə dərc etdirmiş və bir çox mükafatla yanaşı 2000-ci ildə göz tədqiqatı sahəsində ən tanınmış Proktor Medalına və 2013-cü ildə Helen Keller Görmə Araşdırmaları Mükafatına layiq görülmüşdür.[3] Kolumbiya Universitetindən gözün fiziologiyası üzrə emerit professor olaraq təqaüdə çıxdıqdan sonra Macarıstana və ilk nəsr sevgisinə qayıtdı. Onun 14 qeyri-elmi kitabından — romanlar və esselər, eləcə də yüzdən çox qəzet və jurnal məqalələrindən bəzilərinin üç antologiyası onlarla ölkədə tərcümə olunub.
Elmi fəaliyyəti
ABŞ-də Laslo Bito özünə beynəlxalq səviyyəli fiziologiya professoru kimi akademik karyera qurmuşdur. Elmi fəaliyyətinin böyük hissəsi Kolumbiya Universiteti və Puerto-Riko Universiteti ilə bağlıdır. O, Kolumbiya Universitetində gözün fiziologiyası üzrə emerit professor adını almış, Puerto-Rikoda isə yaş artımının meymunların gözünə təsirini tədqiq etmişdir. Bu tədqiqatın nəticəsində Xalatan — qlaukoma üçün dərman əldə edilmişdir. Xalatanın təkmilləşdirilməsi görmə qabiliyyətinin zəifləməsinin müalicəsində əhəmiyyətli dəyişiklik yaratdı. O, 140-dan çox elmi əsər dərc etdirmiş və Kolumbiya Universitetinin Seçkin Nailiyyət mükafatına layiq görülmüşdür (2004).
Bədii yaradıcılığı
Kommunizmin süqutundan sonra Laslo Bito Macarıstana qayıtmış və yazıçı kimi yeni karyeraya başlamışdır. İlk romanları Macarıstanın tarixi ilə bağlı onun ilk şəxsi xatirələrinə əsaslanırdı. Istenjárás (azərb. Sürətli addım) və Az Ötödik Lovas (azərb. Beşinci atlı) ingilis dilində yazılsa da, macar dilinə tərcümə olunaraq dərc olunmuşdu. Onun üçüncü romanı "İbrahim və İshaq" Bibliya hekayələrinə əsaslanırdı və müəllifə 1998-ci ildə böyük uğur gətirmişdi. Kitab bir neçə dilə tərcümə olunmaqla yanaşı, Budapeşt teatrlarında səhnələşdirilmişdir. "İshaqın təlimləri" və "Nazaretin İshaqı" həmin əsərin məntiqi nəticəsi kimi ordakı ideyaları davam etdirirdi.
Onun ən son kitabı Amerika vətəndaşı və Macarıstan vətənpərvəri haqqındadır. Nekünk kell megváltanunk magunkat (azərb. Özümüzün xilaskarı olmalıyıq) qəzet və jurnal məqalələri və müsahibələrindən seçmələrdir. Eutelia – Euthanasia (azərb. Xoşbəxt həyat və Dinc ölüm) fəlsəfi yazıçının və humanist tibbi tədqiqatçının ləyaqətli həyat və ölüm haqqında fikirlərindən ibarətdir. Macar yazıçı və Macarıstanda hospis xidmətinin əsasını qoyan Aleyn Polçla birlikdə yazdığı Az utolsó mérföld (azərb. Sonuncu mil) kitabı ölümə hazırlaşmaq haqqındadır.
Kitabları
Elmi nəşrləri
- The Ocular and Cerebrospinal Fluids, Academic Press, London, 1977.
- The Ocular Effects of Prostaglandins and Other Eicosanoids, New York, 1989.
- Ocular Effects of Prostaglandins and Other Eicosanoids (Ed), Sessions on Latanoprost (Fort Lauderdale, Florida, 22–23 April 1996). Survey of Ophthalmology Vol. 41, Suppl 2, 1997.
Romanları
- Istenjárás, (Quick Step), Aura, 1994. ISBN 963-7913-15-7
- Az ötödik lovas, (The Fifth Horseman), Aura, 1996. ISBN 963-7913-17-3
- Ábrahám és Izsák,(Abraham and Isaac), Magyar Könyvklub, 1998. ISBN 963-548-698-7 és Argumentum Kiadó, 2000. ISBN 963-446-158-1
- Izsák tanítása, (The Teachings of Isaac), Argumentum Kiadó, 2000. ISBN 963-446-131-X
- A Názáreti Izsák, (Isaac of Nazareth), Argumentum Kiadó, 2002. ISBN 963-446-208-1
Esseləri
- Nekünk kell megváltanunk magunkat, (We must be our own saviors), Argumentum Kiadó, 2004. ISBN 963-446-288-X.
- Boldogabb élet — Jó halál, (Blissful Life — Peaceful Death), Anthenaeum 2000 Kiadó, 2005. ISBN 963-9471-82-8.
- Gáspár, Menyhért, Boldizsár, Karácsonyi ős-ökuménia, (Caspar, Melchior and Balthazar), Jelenkor Kiadó, 2006. ISBN 963-676-409-3
- Az utolsó mérföld (The Last Mile), Jelenkor Kiadó, 2007. ISBN 978-963-676-418-0 (jó halál)
İstinadlar
Xarici keçidlər