Laelatu (est.Laelatu puisniit) — Estoniyanın qərbində meşə-çöl. Şimali Avropada qorunub saxlanılan ən böyük meşə-çöllərdən biri. Estoniyanın, eləcə də Şimali Avropanın ən zəngin fitosenoz ərazisi hesab olunur.[1][2].
Meşə-çöl Pyarnumaa vilayətində, Virtsu qəsəbəsindən 3 km şimal-şərqdə yerləşir. Qərbdən Rame və Mıyza körfəzləri ilə, şərqdən isə Kasselaxt və Xeynlaxt gölləri ilə əhatələnib. Meşə-çöl Puhtu-Laelatu Milli Parkının tərkibinə daxildir və parkın şimal hissəsində yerləşir. Əraziyə 1931–1968-ci illərdə fəaliyyət göstərmiş dəmiryolu yolu ilə gəlmək mümkündür. Laelatu meşə-çölünün ekosistemini öyrənmək üçün ərazidə Laelatu bioloji stansiyası fəaliyyət göstərir[3][4].
Tarixi
XX əsrin birinci yarısında meşə-çöl Qərbi Estoniyanın vizit kartı idi. XX əsrin ikinci yarısında isə kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar meşə-çöl ərazisinin sahəsi azalmağa başlamışdır[5].
1961–1981-ci illərdə meşə-çöl ərazisində sovetbotaniki Kalo Pork tədqiqat işləri aparmışdır. Eyni zamanda ərazidə bioloji stansiyanın binasının inşasına başlanılmışdır. Binanı yerli meşəçi Elmar Vesker inşa etmişdir. Stansiya 1985-ci ildə fəaliyyət göstərməyə başlamışdır.[6]
2 oktyabr 2015-ci ildə 2007-ci ildə yanmış stansiyanın yerində yenisi istifadəyə verilmişdir. 2007–2015-ci illər aralığında isə meşə-çöl ərazisində ancaq çöl tədqiqat işləri aparılmışdır[7].
Xarakteriskası
Laelatu meşə-çölündə 546 ali bitki və 30-dan çox mamır növünə rast gəlinir. Meşə-çöl ərazisinin hər kvadrat km-nə 76 növ bitki düşür. Bu göstəricəyə görə o Argentinadakı dağ otlaq sahəsindən sonra dünyada ikincidir (89 növ)[8][9][10]. Bu ərazidə Estoniyanın orxideya növlərinin 2/3 bitir.
Son illərin araşdırmalarına görə meşə-çöl ərazisinin biomüxtəlifliyi azalır.[6]