La Val— Bolzano şəhərindən təxminən 45 kilometr şimal-şərqdə İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə.
Coğrafiyası
30 noyabr 2010-cu il məlumatına görə əhalisi 1307 nəfər və ərazisi 39,0 kvadrat kilometrdir.[1]
Tarixi
Emblem bir əyri budaqdan ibarətdir, iki yarpağı ilə əyilmiş formada təsvir edilmiş, Rü ailəsinin emblemidir. Emblem 1969-cu ildə qəbul edilmişdir.[2]
Cəmiyyət
2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.66%-i Ladino dilində, 1.53%-i italyan dilində və 0.81%-i alman dilində birinci dil kimi danışırlar.
İqtisadiyyat
Turizm
Turizm mərkəzlərində də insanlar ingilis dilində danışırlar. Dini Roma Katolikidir.
Kənd turizmin (yürüyüş, alpinizm, dağ velosipedi) və kənd təsərrüfatla yaşayır. Ərazidə xizək turizmi yoxdur, lakin qış servis avtobusları Alta Badia kimi yaxınlıqdakı xizək mərkəzlərinə turistlər gətirir. Qışda yaydan daha çox turist qonaq olur.
Əvvəlki onilliklərdə kənd təsərrüfatı kifayət qədər genişlənmiş, eyni zamanda mal-qaraya əsaslanan bir monokultura halına gəlmişdir.
Pederoa'daki Qran Eqa çayı vadisinin aşağı hissəsi əl sənəti və sənaye bölgəsidir (ayaqqabı, tekstil).
La Val (Wengen) aşağıdakı bələdiyyələrlə sərhədlənir: Badia, Mareo və San Martin de Tor.
-
La Val kilsəsi, Cənubi Tirol, İtaliya
-
Miribunda qədim boş ev
-
Dini mərasim
-
Maks Plank Rumenstlunzda qonaq olmuş
Həmçinin bax
İstinadlar
- ↑ All demographics and other statistics: Italian statistical institute Istat.
- ↑ "Heraldry of the World: La Val". 2012-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.