Lənət 2 (ing. The Grudge 2) Amerika və Yaponiya istehsalı olan 2006-cı ildə rejissor Takaşi Şimizu tərəfindən çəkilmiş qorxu/triller filmidir.[5][6] Özünün eyni adlı əsəri əsasında 2004-cü ildə çəkmiş olduğu "Lənət" filminin davamıdır.[7][8]
Məzmun
3 gənc tələbə qız Elison, Vanessa və Miyoki Yaponiyada təhsil alırlar. Bir gün rəfiqələrinin təkidi ilə Elison bir evə gəlib çıxır. Hansıkı 2 il əvvəl Karen tərəfindən yandırılmış ev. Lakin rəfiqələrinin zarafatı ilə üzləşən Elison onlar tərəfindən bir otağa zəbt edilir. Daha sonra isə Kayakonun kabusunu görən Elison qışqıraraq oradan uzaqlaşır. Lakin qızlar qaçmaqla hər şeyin həll edildiyini düşünürlər. Onlar bilmirlər ki, lənətlənmiş evə giriblər və bu lənət onları öldürməyənə qədər əl çəkməyəcək.
Bu arada Aubi bacısı Karenin ölümündən sonra (bu seriyada Karen kabus tərəfindən öldürülür.) anasının təkidilə Yaponiyaya gəlir və o evi kəşf edir. Və o evə girir. İndi hər şey daha təhlükəli bir vəziyyət alır.
İstinadlar