Kəllə vurma |
---|
Coup de tête |
Ölkə |
|
Heykəltaraş |
Adel Abdessəməd |
Tikilib |
2012 |
Hündürlüyü |
5m |
Material |
Bürünc |
Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb[1] və hündürlüyü 5 metrdir.[2]
Yaranma səbəbi
Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur.[3] Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu.[4]
Nümayişi
Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib.[4] Daha sonra heykəl Qətərə gətirilib.[5] Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb. Dini mühafizəkarlar heykəlin bütpərəstliyi təşviq etdiyini deyir, digərləri isə onun zorakılıq oyatdığını düşünür. Bəziləri heykəli sadəcə zövqsüz adlandırıb.[2]
Həmçinin bax
İstinadlar