Kütləvi iğtişaşlar — zorakılıq, soyğunçuluq, yandırma, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya partlayıcı qurğuların tətbiqi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkilindən və bu iğtişaşlarda iştirakdan, habelə dövlət orqanlarının vəzifəli şəxslərinə silahlı müqavimət göstərməkdən ibarət ictimai təhlükəsizlik və asayiş əleyhinə cinayət.[1][2]
Kİ-də iştirak formaları
Kütləvi iğtişaşların təşkili — izdiham toplamaq məqsədi daşıyan, hakimiyyət tərəfindən müəyyən edilmiş tələblərə, əgər bu tələblər qanuni olarsa, fəal müqavimət göstərməyə, vətəndaşlara, onların əmlakına və dövlət əmlakına qarşı kütləvi iğtişaşlar və zorakılıq törətməyə çağırışlar; izdihamda silahların çatdırılması və paylanması, izdihamda aqressiv əhval-ruhiyyənin qızışdırılması, qırğınlar zamanı kütləyə rəhbərlik, yanğın, zorakılıq, hakimiyyətə və rəhbərliyə müqavimət.
Kütləvi iğtişaşlarda iştirak — kütləvi iğtişaşlarda birbaşa iştirak, yəni soyğunçuluq, yandırma və şəxsən zorakılıq aktları törətmək.