Kürəvi ulduz topaları

Kürəvi ulduz topaları- sferikelliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrafı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür.[1] Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik[1].

Yerləşməsi

Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar. Kürəvi ulduz topaları üçün "spektr-işıqlıq" diaqramından görünür ki, bu topaların ulduzları baş ardıcıllıqdan üstdə, xüsusilə F-G sinifləri istiqamətdə şaquli və B-F siniflərinə paralel üfüqi istiqamətdə yerləşirlər[1].

Yaşları

Açıq və kürəvi ulduz topalarının "spektr-işıqlıq" diaqramındakı ciddi fərq göstərir ki, onların yaşlarında çox böyük fərq vardır (kürəvi ulduz topaları çox qocaman obyektlərdir).[1]

Son vaxtlar kürəvi ulduz topalarının güclü rentgen şüalanması mənbəyi olduğu müəyyən edilmişdir. Bəzi alimlərin fikrincə kürəvi ulduz topalarının mərkəzində qara çuxur vardır və ulduzlararası qaz kütlələrinin bu mərkəzə akkresiya etməsi nəticəsində güclü rentgen şüalanması baş verir.

İstinadlar

  1. 1 2 3 4 R. Ə. Hüseynov Astronomiya "Maarif" nəşriyyatı Bakı, 1997

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!