Kürən xul

Kürən xul
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
Cins:
Növ:
Kürən xul
Beynəlxalq elmi adı

Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü.

Yayılması

Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir.[1]

Morfoloji əlamətləri

D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır. Uzunluğu 138 mm-ə qədər, çəkisi 31 q-a qədər olur.

Yaşayış yeri və həyat tərzi

Şirinsu balığıdır, dibi daşlı və axar sularda yaşayır. Əsas qidasını balıqlar təşkil edir. Bundan başqa o qammaridlər və iynəcələrin sürfələri və habelə yaşıl yosunlarla qidalanır.

Çoxalması

Çoxalması kürüləmə yolu ilə olur. Cinsi yetkinliyə bir yaşında çatır. Kürüsünü may ayında tökür. Kürülər hissə ilə yetişir. May ayının axırlarında dişilərin əksəriyyəti öz kürüsünü tökmüş olur, iyun ayında isə cinsi məhsulları başlıca olaraq II inkişaf mərhələsində qalır. Təsərrüfat əhəmiyyəti yoxdur.

İstinadlar

  1. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh77.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!