Kürəkən Süleyman Paşa (osman. العريس سليمان باشا) (ö. 28 iyul 1748) — Osmanlı sultanı IV Murad, Sultan İbrahim və IV Mehmed dönəmlərində müxtəlif dövlət vəzifələrində xidmət etmiş dövlət xadimi.
Əsli, doğum tarixi və saraya necə alındığı məlum deyil. Əndərunun bostancı bölüyündə yetişmiş, 1738-ci ilin mayında Ədirnə sarayının başbostancısı təyin edildi. 7 fevral 1744-cü ildə vəzir rütbəsi alaraq Hotin qalasının mühafizəsiylə vəzifələndirildi. Ardından 1745-ci ilin aprelində Bosniya, 1746-cı ilin noyabrında isə Anadolu bəylərbəyi təyin edilir. Bu vəzifədə ikən 6 yanvar 1748-ci ildə Osmanlı sultanı III Əhmədin qızı Zübeydə Sultanla nigahlandı. Ancaq geri dönüş yolunda ikən həmin ilin 28 iyulunda vəfat etdi. Öncəki evliliyindən Seyid Əhməd Paşa adlı oğlunun olduğu bilinir.
Mənbə
- Sicill-i Osmani V cild, səh. 175