Kürəkən Cəfər Paşa

Kürəkən Cəfər Paşa
ƏvvəlkiŞərif Mehmed Paşa
SonrakıMalqoç Yavuz Əli Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Həyat yoldaşı Fatma Sultan

Kürəkən Cəfər Paşa (ö. 1610) — III Murad, III MehmedI Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Həyatı

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Kiçik yaşlarında Əndəruna alınaraq təhsil almış, ardından sarayda baş çuxadarlığa qədər yüksəlmişdir. 1586-cı ildə yeniçəri ağası, 1588-ci ildə isə Anadolu1590-cı ildə Rumeli bəylərbəyi təyin edilmişdir. 1594-cü ildə Sultan Murad tərəfindən divan vəzirliyinə yüksəlmişdir. 1598-ci ilin mayında Misir bəylərbəyliyinə gətirildi və 3 il burada fəaliyyət göstərdikdən sonra 1601-ci ilin iyulunda vəzifədən alınaraq divandakı vəzifəsinə davam etdi. Bu vəzifəsi davam edərkən Sultan Mehmed vəfat etmiş, yerinə 13 yaşlı oğlu Sultan Əhməd taxta çıxmışdır.

Məhz onun səltənətinin ilk ilində 1604-cü ilin dekabrında Sultan Muradın qızlarından Fatma Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır. Ardından Dunay mühafizəsi və sədarət naibliyi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 1610-cu ildə vəfat etdi. Cənazəsi Əyyubsultan məzarlığına dəfn edilmişdir.

Mənbə

  • Sicill-i Osmani II, səh. 48
  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yayınları, 4. baskı, s. 217

İstinadlar

  1. Sicill-i Osmani II, səh. 48

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!