Köhnə Vayxır abidəsi

Köhnə Vayxır abidəsi
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Babək rayonunun Vayxır kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Köhnə Vayxır abidəsi (Azərbaycan)
Köhnə Vayxır abidəsi

Köhnə Vayxır abidəsiNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində orta əsrlərə aid arxeoloji abidə.

Abidə 1961-ci ildə O.H.Həbibullayev[rus.] tərəfindən qeydə alınmışdır. Yaşayış yeri yamacda yerləşdiyindən mədəni təbəqə güclü aşınmaya məruz qalaraq dağılmışdır. Bəzi yerlərdə daşdan, yaxud çiy kərpicdən hörülmüş tikinti qalıqları saxlanmışdır. Aşınma zamanı yaşayış yerində əmələ gəlmiş yarğanlarda təbəqənin qalınlığı 1,5 metrdir. Yerüstü materiallar, əsasən, çəhrayı rəngdə bişirilmiş sadə və şirli qabların qırıqlarından ibarətdir. Onların bir qismi iri qum qatılmış gildən, bir qismi isə narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmişdir. Qablar hər iki tərəfdən yaxşı sığallanmışdır. Sadə qabların biri hündür ayaqlı olub oturacağı yastı və diskşəkillidir. Gövdəsinin yuxarı hissəsi kasa formalı olub, ağzının kənarı bir yerdə nov şəklində xaricə doğru çıxıntılıdır. Novun üzəri hislə örtülmüşdür. Novun əks tərəfində lentşəkilli qulpun qırığı saxlanmışdır. Şirli qablar, əsa sən, kasa və nimçə tipli qabların ağız və gövdə hissəsinin qırıqları ilə təmsil olunmuşdur. Kasa tipli qabların birinin tərkibinə ələnmiş qum qatılmış, keyfiyyətli bişirilmişdir. Gili çəhrayı rəngdədir. Oturacağı diskşəkilli olub, azacıq içəriyə doğru batıqdır. Həm otura cağında, həm də gövdəsində dulus çarxında fırlanma nəticəsində konsentrik izlər saxlan mışdır. Ağzının kənarı düz, ağzı bir qədər içəriyə doğru yastılanmış və dəyirmilənmişdir. Gövdəsi konusvaridir. İçərisi yarım şəffaf şirlə örtülmüşdür. Şir bəzən ağ, bəzən isə qabın öz rəngindədir. Belə qablar orta əsr şirli qabla rının ilk nümunə lərindən olub, əsasən, IX-X əsrlərdə meydana gəlmişdir. Şirli qablar həndəsi ornamentlə yüksək zövqlə naxışlanmışdır. Naxışlar şüaşəkilli xətlərdən, gül ləçəklərindən və s. ibarətdir. Naxışlar yaşıl, göy, mavi rənglərlə çəkilmişdir. Qabların bəzisinin üzəri tamami lə yaşıl, bəzən isə göy şirlə örtülmüşdür. Köhnə Vayxır yaşayış yerindən aşkar edilmiş tapıntılar Naxçıvanın orta əsr keramikası üçün xarakterikdir. Yaşayış yerindən aşkar edilmiş materialları IX-XVII əsrlərə aid etmək olar.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!