Köhnə Saray

Köhnə Sarayİstanbulda hal-hazırda İstanbul Universitetinin mərkəzi binasının yerləşdiyi yerdə II Mehmed tərəfindən 1454–1457-ci illərdə inşa olunmuş saraydır.[1]

Bu saray Süleymaniyyə məscidindən Bəyazid məscidinə qədər olan geniş bir ərazini əhatə edir. Sarayın bir hissəsi Süleymaniyyə məscidinin inşası zamanı sökülmüşdür. Saray arxitekturasına olan son dəyişiklik isə 1866-cı ildə inşa olunan bugünkü İstanbul Universitetinin mərkəzi binasıdır.

Mənbələrin yazdığına görə, sarayın ətrafındakı divarlarda heç bir qüllə olmamış, saraya giriş 4 qapıdan mümkün olurmuş. Bu qapılardan biri hərəm ağalarının nəzarəti altında olurdu və gün boyu açıq qalırdı.

Yeni saray, yəni Topqapı Sarayı inşa olunduqdan sonra gözdən düşən Köhnə Sarayda artıq vəfat edən və ya taxtdan endirilən padşahların qızları, qadınları, anaları və kənizləri yaşamağa başlamışdır. Bundan başqa sarayda onlara xidmət edən ağalar, çox sayıda xidmətçilər, əsgərlər də olmuşdur. Hökmdarlar ilin müəyyən aylarında Köhnə Saraya gələr, burda yaşayanlarla bayramlaşarmış.

IV Murad dönəmində — 1625–1632-ci illərdə bərpa olunan bu sarayda müxəlif illərdə yanğınlar baş vermişdir. Köhnə Sarayın qədim binalarından heç biri günümüzə gəlib çıxmamışdır.[1]

İstinadlar

  1. 1 2 "Arxivlənmiş surət". 2016-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!