Kristofer Kerz |
---|
ing. Christopher Kerze |
|
Doğum tarixi |
19 fevral 1973(1973-02-19) (51 yaş) |
Yoxa çıxıb |
|
Status |
34 il, 8 ay, 1 həftə axtarışdadır |
Atası |
Cim Kerz |
Anası |
Loni Kerz |
Milliyyəti |
amerikalı |
Kristofer Metyu Kerz (ing. Christopher Matthew Kerze, 19 fevral 1973) — sonuncu dəfə 20 aprel 1990-cı ildə görünən Minnesota ştatının İqan şəhərindən itkin düşümüş amerikalı yeniyetmə. Tərkedilmiş nəqliyyat vasitəsi itkin düşdükdən iki gün sonra tapıldı. O, amerikan rok qrupu Soul Asylumun "Runaway Train" adlı musiqi videosunda yer alıb.[1]
İtkin düşməsi
20 aprel 1990-cı ildə Kerzin xəstə olduğu üçün evdə qaldığı bildirildi.[2] 1988-ci ilə məxsus mavi rəngli Dodge Caravan markalı ailə avtomobili həmin gün valideynləri evə qayıdarkən yoxa çıxdı. Onlar Kerzdən itkin düşməsə 6-ya kimi geri qayıdacağını bildirən qeyd tapdılar — bu qəribə idi, çünki qeyddə "itkin düşmək" sözünün altından iki dəfə xətt çəkilmişdi. Kerz baxmayaraq ki, heç bir sursat götürməmişdi, onunla bərabər 20 ölçülü O. F. Mossberg & Sons ov tüfəngi var idi. Səlahiyyətlilər onun silahdan imtina edə biləcəyini düşündülər, lakin bundan əmin deyildilər.[3] Furqon iki gün sonra 22 aprel 1990-cı ildə Minnesota ştatı, Qrand-Rapids şəhəri yaxınlığında tərk edilmiş şəkildə tapıldı.[2]
Kristoferin axtarışı
Kristoferin itkin düşməsindən sonra afişalar paylandı və onu tapmaq üçün geniş axtarışlar aparıldı. 2004-cü ildə İqan Polis Departamentinə Kerzi tapmağa çalışmağı dayandırmağı təklif edən anonim bir məktub gəldi və məktubda bildirildi ki, o, hazır olduqda evə qayıdacaq. Polis məlumatın həqiqiliyini təsdiqləyə bilmədi.[3]
Ceykob Ervin Vetterlinq cinayəti həll edildikdən sonra 2016-cı ilin sonlarında işə yenidən maraq artdı. Kerzin yaşına uyğun yeni fotoşəkilləri yaradıldı və itkin düşmüş şəxslərin afişaları o şəkillərlə birlikdə paylanıldı. Ailə həmçinin hadisə ilə bağlı mediaya müsahibələr verdi.[1][4]
İstinadlar
Xarici keçidlər