Kristian Bommelund Kristensen (3 sentyabr 1989-cu ildə Danimarkada anadan olub) — Futzal Gentofte futzal klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futzalçıdır. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir.
2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyiUEFA Millətlər LiqasındaUels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər.[1] Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər.[2] Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur.[3][4][5] Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.[3][6]
4 sentyabr 2018-ci ildə Bommelund Kristensen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir.[7] O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 84-cü dəqiqədə Rasmus Yohanssonu əvəz etmişdir. Həmin görüşdə Danimarka rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdur.[8]
↑"Truppen til kampen mod Slovakiet". DBU.dk (Danish). Danish Football Association. 4 September 2018. 4 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 September 2018.