Kristofer Çarles "Kris" Vud (ing.Christopher Charles Wood; 14 aprel1988[1], Dublin[d], Ohayo) — Amerikalı aktyordur.[6][7] 2014-cü ildə The CW kanalının serialı olan Vampirin Gündəlikləri serialının altıncı mövsümündə oynadığı Malakay "Kay" Parker rolu ilə tanınır. Bundan əvvəl o 2013-cü ildə kanalın Kerrinin Gündəlikləri serialında yazıçı Adam Uaver rolunu ifa etmişdi. O həmçinin 2016-cı ildə Əhatə serialında Atlanta polis zapiti Ceyk Ray rolu ilə baş rolu oynayıb. Eləcədə həmin ildə The CW-nin super qəhrəman serialı olan Super qız serialında Mon-El roluna çəkildi.
Kris Ohayo ştatının Dublin şəhərində doğulub.[6] O Şimali Karolinada yerləşən Elon Universitetinə daxil oldu və 2010-cu ildə Musiqi Sənəti Üzrə İncəsənət fakutəsini bakalavr dərəcəsi ilə bitirdi.[8] Kollec vaxtlarında aktyor Qrant Qastin ilə dostdur.[9]
Atasını müalicə oluna bilməyən xəstəlikdən itirdikdən sonra kris Amerika Ruhi Sağlıq mərkəzində səfir kimi fəaliyyət göstərməyə başladı.[10]
Kariyerası
Məzun olduqdan sonra milli Yazın Oyanışı turunda Melkior rolunu ifa etdi. İlk film debutunu 2013-cü ilin əvvəllərində televiziya filmi olan Brauzerlər ilə etdi. Həmin ilin sentyabr ayında Kerrinin Gündəlikləri serialının produseri Krisin sözü gedeən serialın ikinci mövsümündə olacağını bildirdi.[11]
Kris Vampirin Gündəlikləri serialının altıncı mövsümündə ardıcıl rol ifa edərək Kay rolunu oynadı.[12] Serialın sonuncu mövsümünə qonaq qismində qatıldı.[13] Həmçinin Qızlar serialının "Dəniz Evi" seriasında qonaq qismində Pol roluna çəkildi.
2016-cı ildə Əhatə serialında baş rola çəkiləcəyi xəbəri verildi və Ceyk Ray rolunu ifa etdi.[14][15] Bu rola görə o 13 kiloqram kökəlməli oldu.[16]
Kris 2016-cı ilin aprel ayında PBS kanalında yayımlanan Mersi Küçəsi serialında çəkildi.[17] İyul ayında isə Mon-El rolu ilə Super qız serialının ikinci mövsümündə göründü.[18][19][20] Bu rol onun DC Comics-in film adoptasiyasında oynadığı ilk rol idi.