Kral Nikolay Sarayı — Monteneqronun Çetinye şəhərində tarixi məkan.
Tarixi
Saray Kral Nikolayın dövründə - 1863-cü ildə tikilmişdir. Orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.
Muzey
Saray hazırda muzey kimi fəaliyyət göstərir. Muzeydə Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanmışdır. Burada bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur.
Bərpası
Sarayda son illərdə yenidənqurma işləri aparılmış, binanın tarixi görkəmi bərpa edilmişdir.
Mənbə
İstinadlar