|
Bu məqalə Qostanay şəhəri haqqındadır. Digər mənalar üçün Qostanay vilayəti səhifəsinə baxın.
|
Qostanay (qaz. Қостанай); 1878 ildən 1905 ilə qədər Nikolayevsk, 17 iyun 1997 ilə qədər Qostanay — Qazaxıstanda şəhər, Qostanay vilayətinin inzibati mərkəzi.
Coğrafiyası
Şəhər çöl zonasında Torğay platosunun şimalında Tobol çayı üzərində, Nur-Sultandan 571 km şimal-qərbə (770 nömrəli trasda) yerləşir. Ən yaxın böyük şəhər, Qostanaydan 260 km (yolla 300 km) şimal-qərbdə yerləşən Çelyabinskdir.
İqlim
Quru isti yayı və söyuq az qarlı qışı ilə sərt kontinentaldır. İyulun orta temperaturu: +20,9 °C (Maksimal +42,5 С), yanvarda: −14,5 °C (Minimal −49,7 С); gün ərzində kəskin temperatur tərəddüdləri səciyəvidir; küləyin orta sürəti — 3,2 m/s, qışda əsasən cənub istiqamətli, və yayda şimala. Orta illik yağıntı: 300–350 mm, yağıntıların maksimumu yay vaxtına düşür. Havanın orta illik rutubətliyi — 71 %. Vegetasiya mərhələsi - 170 sutka.