Kosovo sahəsi (serb.Косово поље; alb.Fusha e Kosovës) — Dinar yaylasında yerləşən[1] dağarası hövzə.[2][3] Bu yer daha çox 1389-cu ildə serb və osmanlı ordularının arasında baş verən Kosovo döyüşü və bir çox digər döyüşlərin məkanı kimi tanınır.
"Kosovo" sözü serb dilindən qısaldılmış tərcümədə "qara qaratoyuqların yeri" mənasınl verir. Serb dilində кос sözü "qara qaratoyuq" deməkdi.
Coğrafiyası
Yayla Mitrovitsa tərəfindən cənuba uzanır, Obiliç, Kosovo Polye və Liplyan şəhərləri buranın ərazisinə daxildi. Kosovo regionu təxminən FerizovikdənVıçıtırına qədər uzanır.
Dəniz səviyyəsindən 500–600 m yuxarıda yerləşir.[4] Şimaldan Kopaonik dağı ilə, cənubdan isə Şar dağlarından əhatə olunub. Onun uzunluğu 84 km, eni isə 14 km-ə çatır. Əsasən qədim çay və göl çöküntülərindən düzələn təpəli düzənlik sayılır,
Birinci Dünya müharibəsi zamanı serb ordusu 1915-ci ilin noyabrında Kosovo düzənliyi tərəfə çəkildi, bundan sonra hər iki tərəfdən hücumu altında qalaraq, ordu dağlardan Albaniyaya keçdi.[5]
İstinadlar
↑↑Косово поле. Словарь современных географических названий. — Екатеринбург: У-Фактория. Под общей редакцией акад. В. М. Котлякова. 2006. (rus)
↑Косово поле. Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969–1978. (rus)
↑Kosovo sahəsi. Ümumdünya tarixi. Oksford şəkilli ensiklopediyası. Oxford University Press. Harri Cadc. 2003.
↑ Salihu, Salih, Heinrich Grausgruber, and Peter Ruckenbauer. "Agronomic and quality performance of international winter wheat genotypes grown in Kosovo." Cereal Research Communications 34.2 (2006): 957–964.