Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik Isüni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir.
Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar.
Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur. Bu ziyanların təsiri, kosmik gəmini mikrometeoritlərdən müdafiə etmək üçün istifadə olunan texnikadan istifadə edərək, kosmik gəminin gövdəsinin xaricinə nazik bir folqa təbəqəsi əlavə edilərək azaldıla bilər. Zibillərin bu folqa ilə yüksək sürətdə toqquşması nəticəsində əmələ gələn plazma kifayət qədər tez buxarlanacaq, beləliklə daxili divara ciddi zərər verə bilməyəcəkdir. Bununla birlikdə, bir kosmik gəminin bütün hissələri bu şəkildə müdafiə edilə bilməz; məsələn, günəş panelləri, optik cihazlar (teleskoplar, ulduz müşahidəçiləri kimi) və bu komponentlərin tullantı və mikrometeorlar tərəfindən daimi aşınmaya məruz qalan hissələri kimi.
Beynəlxalq Kosmik Stansiyanın içərisinə insan yerləşdirilən modulları bu tullantı maddələrinin 1 sm-dən kiçik olanlarına qarşı belə müdafiə qabiliyyətinə malikdir. Bəzən bir kosmik gəminin bu toqquşmalardan müdafiəsinin yeganə yolu manevr etməkdir. Lakin bu, yalnız müvafiq obyektlərin hərəkət trayektoriyası dəqiq məlum olduqda mümkün ola bilər. Bu cür məlumatları toplamaq üçün istifadə olunan cari avadanlıq, Aşağı Dünya Orbitində (ADO) yalnız 5 santimetrə qədər diametrli kiçik obyektləri və Geostasionar orbitdə isə (GSO) diametri 50 santimetrə qədər olan kiçik obyektləri müşahidə edə bilir. Çöldə diametri 1 sm-dən çox 600.000 qədər olduğu təxmin edilən tullantılardan bu gün yalnız 19.000-i müşahidə edilə bilər. Bu, toqquşmaların təxmin edilən miqdarını və onların hərəkət trayektoriyalarını qiymətləndirmək yolunda geniş bir qeyri-müəyyənliyə səbəb olur.
Daha böyük bir tullantı ilə toqquşma kosmik gəminin təxminən 1 kiloqram ətrafında olan zədələnməsi ilə nəticələnirsə, bu toqquşma nəticəsində meydana gələn obyektlər yeni bir toqquşma riski meydana gətirirlər. Toqquşma ehtimalı kosmosdakı cisim sayının bir funksiyası olduğundan, yeni tullantıların yaradılması sürətli və müxtəlif təbii qüvvələrin bu tullantıları orbitdən çıxarma sürətindən daha sürətli olması kritik bir sıxlıq yaradır.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!