Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdənkosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi.[1]Elmi fantastikanın mövzularından biridir.[1] Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır.[1] Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər.[1] Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür.
Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır.[1] Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.[1] Bu, daha ucuz və asan nəqliyyat sistemi kimi tanıdılır.[1] Lakin Yerlə Mars koloniyaçıları arasında baş verən müharibə nəticəsində bu kosmik lift məhv olur.[1]