Bu adın digər istifadə formaları üçün bax:
Kosalı.
Kosalı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Qarayazı düzündə, avtomobil yolu kənarında, rayon mərkəzindən 5 km gündoğarda, dəniz səviyəsindən 290 m yüksəklikdə yerləşir.
Tarixi
Kəndin adı mənbələrdə ilk dəfə 1886-cı ildə regionda aparılan əhalinin siyahıyalınması zamanı çəkilir. Bu zaman kəndin adı Kosalı-Qaracalar kimi qeyd olunub.[3]
Əhalisi
Kəndin əhalisi 1886-cı ildə 161 ailədə 887 nəfər; 1926-da 425 ailədə 2004 nəfər; 1995-da 1095 ailədə 5836 nəfər; 2002-də 5612 nəfər, 2006-da 6000 nəfər təşkil edib. Əhalinin 98%-i azərbaycanlılardan ibarətdir.
Təhsil
Kənddə 19-cu əsrdən məscid fəaliyətdədir. Dünyəvi məktəb 1918-ci ildən fəaliyyətdədir. Kosalı orta məktəbində 2006-cı ildə 1028 şagird, 73 müəllim olub.
Tanınmış şəxsləri
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | |
---|
Kəndlər | |
---|