Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur.
Ölkənin quru sərhədlıri cəmi 1673 km təşkil edir. Çin ilə 1416 km, Cənubi Korera ilə 238 km, Rusiya ilə isə 19 km sərhədə malikdir.
Sahil xəttinin uzunluğu isə 2495 km təşkil edir.
Ərazi suları
KXDR sahillərindən 12 mil uzağa qədər olan əraziləri (22,224 km) öz ərazisi elan etmişdir. Üstəlik sahildən Yapon dənizinin daxilinə 92,6 km və Sarı dənizin 379,4 kilometrlik sahəsinə heç bur gəmi və uçaq aparat daxil ola bilməz.
Sarı dənizdə Cənubi Koreya ilə olan sərhəd ABŞ tərəfindən XX əsrin 50-ci illərində müəyyənləşdirilmişdir. Ancaq bu sərhədi rəsmi olaraq Şimali Koreya tanımır.
Topoqrafiya və Su sistemi
KXDR demək olar tam dağlıq ölkədir. Ərazi dağarası vadilərdən ibarətdur. Sahil hissəsində düzənliklər olsa da ancaq qərb sahillərində geniş düzənliklər əmələ gəturə bilir.
Bölgəyə gəlmiş ilk avropalılar ərazini görərkən onu güçlü fırtınası olan dəniz olaraq adlandırırfılar. Səbəb isə ölkə ərazisin 80 % dağlıq olması idi. Dağlıq hissələrdə insanlar düzən hissələrə nisbətdə olduqca az yaşayır.
Pektusan dağı Çinlə sərhəddə yerləşir. Bu dağ vulkanik xüsusiyyətə malikdir. Bazalt qatı yer səthinə 1 400-2 000 metr qalxır. Kımqansan dağı 1638 metr hündürküyə malikdir. Onun gözəlliyi hətta Cənubi Koreyada yaşayan turistləri belə özünə cəlb edir.
Şimal və şərq hissələrdə yerləşən dağ massivləri Sarı dəniz və Qərbi Koreya körfəzinin ərazisinə axlr. Ən uzun çayı Yaluszyan 790 km uzunluğa malikdir. Tumannaya çayı 521 metr uzunluğa malikdir. O Yapon dənizinə tökülür. Digər iri çayı Tedonqan isə 397 metrdir.
İqlimi
Şimali Koreya musson iqliminə malikdir. İldə dörd fəsil müşahidə edilir. Qışı quru və soyuqdur. Yanvar ayının orta temoeraturu Pxenyanda −3 °C gündüz, −13 °C gecə müşahidə edilmişdir. Avqust ayının isə orta temperaturu gündüz 29 °C, gecə isə 20 °C olur. Yağıntının böyük qismi iyun-sentyabr ayları düşür. Yaz və payız yumşaq keçur. Əsasən quru olur.
Əkilən toroaqların ümumi sahəsi: 14,600 km² təşkil edir.
Bitki örtüyü
Ümumilikdə Koreya yarımadasında 3400 borulu bitki növü vardır. Onlarsan təkcə 100 növ bambuk Şimali Koreyada bitir. Yuxarıdan aşağı endikcə tundra, kollar, tayqa, qarışıq meşələr, enliyarpaq meşələr bir-birini əvəz edir.
[
Ərazisində çoxlu liana növləri bitir. Giləmeyvə kolları sıx kolluqlar əmələ gətirir[1][2][3]
İstinadlar
↑Chang C.S., Kim H., & Chang K.S. Provisional checklist of vascular plants for the Korea Peninsula flora (KPF). — DESIGNPOST, 2014. — С. 660. — ISBN 978-89-968648-3-7.