Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.
Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: "İnformatika-7", "Lesson1", "sgfg123", "Bölüm_1". Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz. Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | " simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var.[1]
Növləri
Faylın aşağıdakı növləri olur:
Sistem faylları – dəyişməyən fayllar. Bunlar yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (*.sys).
İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:
mətn redaktorlarında yaradılan fayllar (*.doc, *.odt, *.txt);
Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Eyni məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə faylı tez axtarıb tapmağa imkan verir.
Hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.
Bütün əməliyyat sistemləri faylların axtarışı ilə məşğul olan xüsusi proqrama malikdir. Disketlər, bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır – yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat informasiya yerləşir. Ondan sonra fayılların yerləşmə cədvəli (FAT-cədvəli) yerləşir. Bu cədvəldə diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur. Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa göndərir. 3,5 düyümlü disketlər (floppi) 1,44 Mbayt informasiya tutumuna malik olub, hər cığırda 18 sektor olmaqla 80 cığıra bölünür. Bəzən hər hansı bir faylın və ya qovluğun harada saxlandığını və yaxud hansı adla saxlandığını heç cür xatırlamaq olmur. Belə fayl yaxud qovluqları tapmaq üçün əməliyyat sistemində AXTARIŞ SİSTEMİ nəzərdə tutulmuşdur.
İstinadlar
↑R. MAHMUDZADƏ, İ. SADIQOV, N. İSAYEVA. "İnformatika – 7. Ümumtəhsil məktəbləri üçün dərslik" Bakı, "Yaznəşr", 2014, 96 s., ISBN 978-9952-430-16-5 (1)
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!