Kokos plitəsi

Kokos plitəsi

Kokos plitəsiSakit okeanın altında və Mərkəzi Amerikanın qərb sahilində yerləşdir. Plitənin adı üzərində yerləşən Kokos adasının adından götürülüb. Kokos plitəsi Şərqi-Sakit qalxması və Kokos dağ silsilələri boyunca dəniz dabanının genişlənməsi nəticəsində yaranıb. Bu geoloji kompleks ərazini geoloqlar Kokos-Naska genişlənmə sistemi də adlandırırlar. Şimal sərhədləri Mərkəzi Amerika çökəklikliyi ilə, şərq hissəsi Panama qırılma zonası ilədir. Cənub sərhəddində Qalapaqos qalxması, qərb sərhəddində isə Şərqi-Sakit qalxması yerləşir. Kokos və Naska plitələri 23 milyon il əvvəl ayrılmış Farallon plitəsinin qalıqlarıdır. Qalapaqos adaları altında olan ocaq Qalapaqos adaları boyunca uzanır. Kokos plitəsinin şimalındakı Rivera plitəsinin Kokos plitəsindən 5-10 milyon il əvvəl ayrıldığı güman edilir. Plitələr arasındakı sərhəd konkret olaraq qırılma əmələ gətirməsə də, bu plitələr iki ayrı plitə hesab olunur. 1985-ci ildə Mexiko şəhərində baş vermiş dəhşətli zəlzələ Kokos plitəsinin Şimali Amerika plitəsinin altına subduksiya etməsi nəticəsində baş vermişdi. Eləcə də, 2001-ci ildə baş vermiş El-Salvador zəlzələləri də Kokos plitəsinin Karib plitəsinin altına subduksiya etməsi nəticəsində olmuşdu.

Xarici keçidlər

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!