Kiçik dəniz (bur.Нарин далай — "dar dəniz") — Baykal gölünün mərkəzi hissəsində Olxon adasını materikdən ayırır. Boğaz Baykalönü milli parkının ərazisinə daxildir.
Topaqrafik xəritələrdə və atlaslarda[1][2][3] Kiçik dəniz boğaz kimi göstərilmışdir. Naviqasiya xəritələri və atlaslarında (Rusiya Müdafiə Nazirliyinin müvafiq xəritələrində) körfəz olaraq göstərilir[4][5][6][7]. "Kiçik dəniz" toponiminin sonunda boğaz/körfəz terminləri işlədilir.
Boğazın uzunluğu 70 km, eni isə 5–16 km arası dəyişir. Dərinliyi şimal hissədə 210 m təşkil edir. Şimal-qərb hissədə sahil novunda dərinliyi 1746 m-dir. Cənub-qərbdə Kiçik dəniz boğazı Olxon darvazasına birləşir, şimal-qərbdə isə Muxor körfəzi yerləşir.
Kiçik dənizdə İjilxey, Zamoqoy, Oqoy, Oltrek, Xibin və s. adaları vardır. Sahillərində Aral, Zunduk, Oto-Xuşun, Ulan-Xanski, Uyaqa, Xadarta (materik sahili), Xoboy, Şaman Qayası, Kobılya Qolova, Budun, Şibetski (Olxon adası) burunları vardır. Boğaza Sarma və Kurma çayları axır.