Kirundi (rundi) — rundi tayfasının dili, Burundidə və Tanzaniyanın, Konqo Demokratik Respublikasının onunla sərhəddə yerləşən ərazilərində, eləcə də Uqandada 6 milyondan çox insanın danışdığı bantu dillərindən biri.
Ruanda və Burundinin sakinləri üç müxtəlif etnik qruplara aiddirlər: baxutu, batutsi və batva (piqmeylər). Bu dildə danışan əhalinin 84 %-i xutu, 15 %-i tutsu və 1 %-i tva tayfasındadndır.