Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Ketrin Romany Bekinseyl və ya sadəcə Keyt Bekinseyl (ing.Kate Beckinsale) — ingilis kinoaktrisası.
Həyatı
İngilis aktrisası Keyt Bekinseyl 26 iyul1973-cü ildə Londonda, teatr və televiziya aktrisası Cudi Lo və məşhur televiziya aktyoru Riçard Bekinseylin ailəsində doğulub. Atası 1979-cu ildə, 31 yaşında vəfat edib. Keytin böyük bacısı Samanta da aktrisadır.
London məktəblərinin birində təhsil alan Keyt gənc yazarlar arasında birinci yer tutsa da, məktəbi bitirdikdən sonra valideynlərinin yolunu davam etdirərək aktyorluq karyerasına başlayır.
O, ilk rolunu "Tək küləyə qarşı" (1991) televiziya filmində oynayır. Bundan sonra Keyt Oksford Universitetinin yeni kollecində fransız və rus ədəbiyyatını öyrənsə də, elmi dərəcə ala bilmir. Amma onun xarici dillərlə tanışlığı rollarının əhatəli olmasına imkan verir. Aktrisa "FHM" jurnalında "Dünyanın 100 ən seksual qadını" (2006) siyahısında 78-ci, "Maxim" jurnalının "HOT 100" (2003) reytinq sorğusunda 16-cı, "Stiff" jurnalında 63-cü yerlərdə olsa da, "Hello" jurnalı 2002-ci ildə Keyti İngiltərənin birinci gözəli seçir.