Kejmarok (slovak. Kežmarok, alm. Kesmark/Käsmark, mac. Késmárk) — Slovakiyanın şərqində şəhər. Poprad çayının sahilində, Yüksək Tatra və Levoçske Vrhi dağlarının arasında yerləşir. Əhalisi 17 min nəfərə yaxındır.
Tarix
Kejmarok XIII əsrdə, slavyan balıqçılarının kəndlərinin birləşməsi ilə əsası qoyulmuşdu. Şəhər statusunu 1269-cu ildə almışdı. 1380-ci ildə şəhər azad kral şəhəri adı almışdı. Orta əsrlərdə Kejmarok zəngin ticarət və sənətkarlıq şəhəri idi.
1950-ci ildə Kejmarok memarlıq qoruğu elan edilmişdi.
Əhali
2001-ci ilə əsasən şəhərin etnik mənsubiyyəti belə idi:
- Slovaklar 95,21%
- Qaraçılar 1,59%
- Çexlər 0,83%
- Almanlar 0,43%
- digərlər
2001-ci ilə əsasən şəhərin konfessionall mənsubiyyəti belə idi:
- Roma-katolikləri 77,50%
- Yevangelik kilsəsi v.b. 4,82%
- Yunan-katolikləri 2,63%
- Pravoslavlar 0,40%
- digərlər
Qalereya
Partnyor şəhərlər
İstinadlar
Xarici keçidlər