Katolikos VI Simeon - Albanların LXXXVII yaxud LXXXVIII katolikosu.
Katolikosluğu
Albanların müstəqil katolikosu idi. Erməni Qriqorian Kilsəsi tərəfindən qəbul olunmur. Gəncəsər monastırında katolikos siyahısında göstərilmir.[1] 1676-cı ildə Katolikos IV Yakob Julfalı tərəfindən Katolikos II İyeremiya təsdiqlənmişdi. Lakin bu qərar Səfəvi sarayı tərəfindən diqqətə alınmayaraq yerinə Simeon təyin olundu. Erməni katolikosu Katolikos I Yeliazar Ayntabsi özü şəxsən Gəncəsər monastırına gələrək onu lənətləmişdi. Onun yerinə gələn Katolikos Nahapet də Simeonu təsdiqləmədi. Simeon 1701-ci ildə vəfat etdi.
Mənbə