Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[1][2][…], Florensiya, Böyük Toskana hersoqluğu[3][4][…] – 26 oktyabr 1890[1][2][…], Florensiya, İtaliya krallığı[3][4][…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir.
Həyatı
Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib. Yazıçı daha sonra siyasətə qoşulur. 22 yaşında İtaliya müstəqillik hərəkatı üçün məqalələr yazmağa başlayır. 1848-ci ildə "İl Lampione" adlı satirik jurnalın əsasını qoyur. Ancaq bir il sonra jurnalın çapı qadağan edilir. Kollodi eyni zamanda komediyalar yazmış, qəzetlər redaktə etmişdir. Yazıçı Kollodi təxəllüsünü anasının doğulduğu yerin adından götürmüşdür. 1870-ci ildə yazıçı teatr senzurasında işlənməyə başlayır. Daha sonra o, uşaq ədəbiyyatını özünə peşə seçir və fransız yazıçısı Çarlz Perraultun nağıllarını tərcümə etməya başlayır. Kollodi eyni zamanda öz uşaq hekayələrini də yazmışdır. O, öz hekayələrini "Qianettino" adlı jurnalda çap etdirirdi.
Həyatı boyu evlənməyən Karlo Kollodi gələcəkdə onu gözləyən şöhrətdən xəbərsiz 1890-cı ildə Florensiyada həyatını dəyişdi.
Yaradıcılığı
Kollodi öz yaradıcılığı daxilində "Oyuncaq hekayəsi" adlı roman üzərində işləməyə başladı. Sonra isə onun adını dəyişərək "Pinokyonun məcaraları" qoydu. Yazıçını dünya şöhrətli edən də elə bu roman idi.
Pinokyonun ilk hissəsi 1881-ci ildə "Qiornale dei bambini" adlı həftəlik uşaq jurnalında çap edildi. Pinokyo böyük müvəffəqiyyət əldə etsə də, kilsə ataları bunun üsyana səbəb ola biləcəyini düşünürdülər.
Hekayə Qepetto adlı dülgər tərəfindən düzəldilmiş oyuncaq haqqındadır. Oyuncaq canlanır və insani xüsusiyyətləri öyrənir. Pinokyonun ayaqları yandırılır, zəncirlənir, hətta asılır.Ancaq o ölmür. Pinokyonun ən böyük arzusu isə əsl oğlan olmaqdır.
İstinadlar
- ↑ 1 2 3 4 Proietti D. LORENZINI, Carlo // Dizionario Biografico degli Italiani (it.). 2006. Vol. 66.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Коллоди Карло // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.