Karl Brokkelman(alm. Carl Brockelmann; 17 sentyabr 1868, Rostok — 6 may 1956, Halle) — alman şərqşünası.
Həyatı
1868-ci ildə anadan olmuşdur. Klassik filologiya və semitologiya sahələrində təhsil almış, əsasən ərəb dili və ədəbiyyatı ilə məşğul olmuşdur. Brokelman 1893-cü ildə Breslau Universitetində dosent adını almış, 1900- cü ildən başlayaraq Breslau, Köniqsberq, Halle və Berlin universitetlərinin professor vəzifəsində çalışmışdır. 1923-1939-cu illər arasında Breslau Universitetində, 1946-ci ildə isə Halle Universitetinin fəxri professoru vəzifəsini icra etmişdir. Brokelman semitologiya sahəsinə bir sıra töhfələr vermişdir. Ərəb ədəbiyyatı sahəsində yazdığı «Geschichte der arabischen Literatur» əsəri ilə şöhrət qazanmışdır. İslam elmləri sahəsində «Geschichte der islamischen Völker und Staaten» əsəri də böyük bir boşluğu doldurmuşdur. Ümumiyyətlə, şərq elmləri sahəsində çalışanların ərəb və fars dili ilə yanaşı türk dilinə də yer verdiklərinin şahidi oluruq. Bu qədim vərdişə söykənən Brokelman 1917-ci ildə Əlinin «Kıssa-i Yusif»ini dil baxımından dəyərləndirmişdir. Onun bu əsəri Anadolu türkcəsinin ilk əsəri kimi təqdim etməsi türklük elmi çevrəsində mübahisələrə yol açsa da, Brokelman bu sahədəki çalışmalarını davam etdirmişdir. «Zur Grammatik des OsmanischTürkischen» (1916), «Ein neues südtürkıscc« Sprachdenkmal» (1931) kimi əsərləri bu sahənin tədqiq edilməsinə işıq tutmuşdur Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin İstanbulda çap olunması Brokelmanın diqqətini çəkmişdir. «Mawmüd al-Käschgarls Darstellung des türkischen Verbalbaus» (1919), «Altturkestanische Volksweisheit» (1920), «Ma.vmüd al-KäsgharT über die Sprachen und die Stämme derTürken im 11. Jahrhundert» (1921), «Altturkestanische Volkspoesie» (1923), «Naturlaute im Mitteltürkischen» (1928) və s. əsərlərində bu əsəri yüksək qiymətləndirmişdir. Brokelman bu sahədə olan çalışmalarını «Osttürkische Grammatik der islamischen Literatursprachen Mittelasiens» adlı qrammatika kitabı ilə tamamlamışdır. Bu kitabda Orta Asiya türk yazı dillərinin qrammatik quruluşu tədqiq edilmişdir. 1956-cı ildə Halle şəhərində vəfat etmişdir.
Xarici keçidlər
Lüğətlər və ensiklopediyalar | |
---|
|
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Carl Brockelmann // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 Броккельман Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.