Kap dəniz pişiyi, və ya Cənubi Afrika pişiyi(lat.Arctocephalus pusillus) — qulaqlı suiti fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə daxil olan növ. Əsasən Cənubi Afrika və Avstraliya sahillərində yaşayır.
Erkəklər 2,5 metr, dişilər isə 1,8 metr uzunluğa malik olurlar. Bu göstərici ilə bu növ dəniz pişikləri arasında ən irisidir. Bu baxmayaraq latın dilində pusillus kəlməsi "kiçiçik" mənasını verir.
Yayılması
Arctocephalus pusillus pusillus yarımnövü koloniya şəklində CAR və Namibiya sahillərində yaşayır. Bəzən isə şimalda Anqola sahillərində də görsənir. Hətta subantarktik ərazilərdə Şahzafə Eduard adalarına qədər üzürlər.
Digər yarımnöv Arctocephalus pusillus doriferus isə Tasmaniya adası sahilləri və Bass boğazı akvatoriyasında çütləşmə mövsümünü keçirir.
İnkişafı və sayı
XIX əsrdə bu növ tükənmə təhlükəsi ilə qarşı-qarşıya idi. Hazırda isə Afrika sahillərində 1,5 milyon Kap dəniz pişiyi yaşayır. Təkcə Namibiya sahilində 100 min vardır.
Afrikada onların ovlanmasına icazə verilir. Ancaq ov nəzarət altındadır. Əsasən Namibiya bu sahədə seçilir. Onların təkçə dərisi yox həm də əti və piyi istifadə edilir.
Vaxtı ilə Avstraliya sahillərində 10-minlərlə Kap dəniz pişiyi yaşayırdı. 1940-cı illərdə onların sayı 25-minə enmişdi. Hazırda 50-min baş vardır.
Maraqlı fakt
Praqa zooparkında yaşayan (1991–2002) Qaston ləqəbli Kap dəniz pişiyi 2002-ci ildə Avropada baş verən daşqın zamanı qaçır. Uzun zaman üzdükdən sonra alman xilasediçiləri tərəfindən Elba çayında tutulur[3].
Hələ ki elmə məlum olmayan səbəblərdən bu növün nümayəndələri mavi köpəkbalıqları ilə qidalanır. Əvvəllər isə əksinə köpək balıqları dəniz pişikləri ilə qidalanırdı. Bu cür yer dəyişmə ekoloji faktorla əsaslandırılmağa çalışılır. Dəniz pişikləri köpək balıqlarını izləyir sonra isə onları öldürərək daxili orqanlarını parçalayırlar.[4]