Kanada ingiliscəsi (CanE, CE, en-CA[1]) — Kanadada danışılan ingilis dili növü. İngilis dili Kanadalıların təxminən 24 milyonunun ilk dili və ya "ana dili"dir (77%) və 28 milyondan çox şəxs (86%) bu dili mükəmməl bilir.[2]Kvebek xaricində olan Kanadalıların 82% yerli olaraq ingilis dilində danışırlar, lakin Kvebek daxilində bu rəqəm yalnız 7,7%-ə düşüb və əksər sakinlərin ana dili Kvebek fransızcasıdır.[3]